seyyid li hüseyni sistani · 2016. 2. 10. · müqəddəs islam şəriətinə əsasən hər bir...

168
Həzrəti Ayətullah əl-Uzma Seyyid Əli Hüseyni Sistani ÙßÚÚÈÍ ÙÞÊÌËßÐÈ вя ялавяляр ملحقات و حج مناسک کتاب حج مناسکيستانی س حسينی علی سيد العظمی آية حضرت) دام ظله( Bakı-2015 Bu kitab Lənkəranlı ruhani Rövşən Şərifza- dənin Ayətullah əl-Uzma Seyyid Əli Hüseyni Sistani həzrətlərinin Müqəddəs-Məşhəd şəhə- rindəki dəftərxanasının müdüri Höccətul- İslam vəl-muslimin Seyyid Muhəmmədəli Rəbbanidən aldığı icazəsi əsasında tərcümə və çap edilmişdir. Tərcüməçi: Rza Əliyev Seyyid Əli Hüseyni Sistani. Həccin hökmləri və əlavələr “Zərdabi LTD” MMC. Bakı, 2015.- 336 s. Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 16 iyul 2015-ci il tarixli DK-557/Q saylı məktubu əsasında “Zərdabi LTD” MMC-də çap olunmuşdur. © “Zərdabi LTD” MMC, 2015

Upload: others

Post on 18-Feb-2021

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • Həzrəti Ayətullah əl-Uzma Seyyid Əli Hüseyni Sistani

    ÙßÚÚÈÍ ÙÞÊÌËßÐÈ вя ялавяляр

    مناسک حجکتاب مناسک حج و ملحقات ) ظلهدام(حضرت آية هللا العظمی سيد علی حسينی سيستانی

    Bakı-2015

    2

    Seyyid Əli Hüseyni Sistani

    Bu kitab Lənkəranlı ruhani Rövşən Şərifza-dənin Ayətullah əl-Uzma Seyyid Əli Hüseyni Sistani həzrətlərinin Müqəddəs-Məşhəd şəhə-rindəki dəftərxanasının müdüri Höccətul-İslam vəl-muslimin Seyyid Muhəmmədəli Rəbbanidən aldığı icazəsi əsasında tərcümə və çap edilmişdir.

    Tərcüməçi: Rza Əliyev

    Seyyid Əli Hüseyni Sistani. “Həccin hökmləri və əlavələr “Zərdabi LTD” MMC. Bakı, 2015.- 336 s.

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə

    Dövlət Komitəsinin 16 iyul 2015-ci il tarixli DK-557/Q saylı məktubu əsasında “Zərdabi LTD” MMC-də

    çap olunmuşdur.

    © “Zərdabi LTD” MMC, 2015

  • 3

    Həccin hökmləri və əlavələr

    Áèðèícè ôÿñèë

    ÙßÚÚÈÍ ÂÀÚÈÁ ÎËÌÀ ØßÐÒËßÐÈ

    ُّفيه آيات بينات مقام إبراھيم ومن َدخلُه كان آمنا و على الناس حج َِّ ِ ِ ِ ِِ َِّ َ ََ ِ ِ َ َ َ َ َ َ ََّ ً َ َ َ ََ ْ ُ ٌ ٌَِّالبيت من استطاع إليه سبيال ومن كف َ ََ َ َ َ َ ًَ ِ ِ ِِ ِْ ْ َْ َ َر فإن هللا غني عن العالمينْ َ َ َِ َِ ْ ِ ٌِّ َ َّ َّ َ

    )٩٧سوره ال عمران آيه (

    Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!

    Ali İmran surəsi ayə 97

    4

    Seyyid Əli Hüseyni Sistani

    Həccin hökmləri:

    Məsələ 1. Həcc dinin əsaslarından biridir və qar-şıda qeyd olunacaq şəraitə sahib hər bir mükəlləfin boynunda vacib bir əməldir.

    Məsələ 2. Müqəddəs islam şəriətinə əsasən hər bir mükəlləfə vacib hesab edilən həcc, insanın bütün ömrü boyunca bir dəfə vacib olur və bu həcc “hic-cətul-islam” adlanır.

    Məsələ 3. İnsan ömrü boyunca bir dəfə vacib olan “hiccətul-islamdan” əlavə əcir tutmaq, ikinci dəfə getməyi niyyət etmək kimi səbəblərlə də həccin bir neçə dəfə mükəlləfə vacib olması mümkündür. Bu barədə hökmlər fiqhi kitablarda təfsilatı ilə qeyd olunmuşdur.

    Məsələ 4. Həcci vacib edən şəraitə sahib olan bir şəxs növbəti illərdə bu əməli yerinə yetirə biləcəyinə arxayın olsa təxirə sala bilər. Lakin əksər vaxtlarda bu arxayınlıq hasil olmadığı üçün mükəlləf, müm-kün olan ilk ildə onu yerinə yetirməlidir. Əgər biri-nci il yerinə yetirməsə ikinci ildə həccə getməlidir və sonraki illər də elə bu hökmdədir.

    Məsələ 5. Boynunda həccə getmək vacib olan şəxs elə həmin il səfər üçün lazım olan vasitələri və müqəddimə işləri hazırlamalıdır. Əgər səfərə çıxa-caq bir neçə karvan olsa və mükəlləf bunlardan hər biri ilə yola düşəcəyi təqdirdə həcc əməllərinə vax-tında çatacağını bilərsə, istədiyi karvanla hərəkət edə bilər. Lakin yaxşı olar ki, həcc əməllərinə daha tez çatacağını güman etdiyi karvana qoşulsun.

    Məsələ 6. Boynuna həcc ziyarəti gəlmiş şəxs səhlənkarlıq edərək həmin il ziyarətə getməzsə, həcc onun boynunda müstəqər (qəzası vacib) olur və

  • 5

    Həccin hökmləri və əlavələr

    növbəti il şəraiti olmasa və çətinliklə olsa belə həccə getməlidir.

    Məsələ 7. Boynuna həcc vacib olmuş müstəti (həccə getmək üçün lazım olan şərtlərə sahib) şəxs həccə çatacağı gümanı ilə səfəri təxirə salıb gec hərəkət etsə və yaxud özü istəmədən bəzi hadisələr qarşıya çıxsa və həccə çata bilməsə həmin şəxs üzr-lüdür və həcc onun boynunda müstəqər olmayacaq.

    Həccin vacib olmasının şərtləri: Məsələ 8. Bu 3 şərtlə həcc vacib olur: * Büluğ * Əql * İstitaət (qadir olmaq)

    Birinci şərt: Büluğ Məsələ 9. Büluğ həddinə yaxın olsa belə qeyri-

    baliğ şəxsə həcc vacib deyildir. Buna baxmayaraq bir uşaq həcc əməllərini yerinə yetirərsə səhihdir, lakin bu əməl “hiccətul-islam” hesab olunmur və büluğ həddinə çatdıqdan sonra bu uşaq müstəti olarsa bir daha həccə getməlidir.

    Məsələ 10. Müməyyiz (yaxşını pisdən ayıra bilən) uşağın həccə getməsi müstəhəbdir, lakin bu əməli etmək üçün atasından və ya cəddindən (ata tərəfdən olan babasından) icazə almalıdır. Əgər uşaq icazə almadan həccə gedərsə səhih deyildir.

    Məsələ 11. Baliğ şəxsin həccə yollanması üçün ata və ananın icazəsi şərt deyildir. Lakin həcc müstəhəb olsa və onlardan birinin və ya hər ikisinin əziyyətə düşməsinə (məs... yoldakı təhlükələrdən qorxduqları üçün) səbəb olarsa həccə getmək caiz deyildir.

    Məsələ 12. Müməyyiz olmayan uşağın vəlisinin (qəyyumunun) onu həccə aparması, bu tərtiblə müs-təhəbdir:

    6

    Seyyid Əli Hüseyni Sistani

    *Ehram paltarını ona geyindirsin *Ləbbeykləri elə şəkildə desin ki, uşaq da

    təkrar edə bilsin *Əgər uşaq ləbbeykləri səhih şəkildə deyə

    bilmirsə, özü onun yerinə desin *Muhrimə (ehram bağlamış şəxsə) haram olan

    işlərdən onu saxlasın * Onu Allah evinin ətrafına təvaf etdirsin * Onu Səfa və Mərva arasında səy etdirsin * Onun naibi olaraq təvaf namazını qılsın * Onun tük və ya dırnağından bir miqdar kəssin

    (təqsir) * Ərəfatda və Məşərul-haramda onu vüquf

    etdirsin * Onu rəmy etməyə (daş atmağa) vadar etsin və

    əgər bacarmazsa özü onun yerinə cəmərata daş atsın * Onun saçını təraş etsin və həmçinin digər

    əməlləri də bu qayda ilə yerinə yetirsin.

    İkinci şərt: Əql Məsələ 13. Divanə adama həcc vacib deyildir.

    Lakin bəzi vaxtlarda divanə olursa və sağlam vaxtın-da həcci vacib edən digər şərtlərə sahib olub bu für-sətdə həccin müqəddimə işlərini görərək həcc əməl-lərini yerinə yetirməyi bacararsa, həcc ona vacibdir.

    Məsələ 14. Bəzi vaxtlar divanə olan şəxsin divanəliyi həmişə həcc günlərinə təsadüf edirsə və həcci vacib edən şərtlərə sahibdirsə salamatçılıq vaxtlarında özü üçün naib tutmalıdır ki, həcc gün-lərində onun tərəfindən yerinə yetirsin.

  • 7

    Həccin hökmləri və əlavələr

    Üçüncü şərt: istitaət Məsələ 15. İstitaət və ya həcci yerinə yetirməyə

    qadir olmaq aşağıdakı şərtlərə yiyələnməklə hasil olur:

    * Kifayət edəcək qədər vaxta sahib olmaqla (istitaəti-zamani)

    * Həcci həyata keçirmək üçün lazım olan sala-matçılıq və bədənin qadirliyi (istitaəti-bədəni)

    * Yolun açıq olması və əmin-amanlığın möv-cudluğu (istitaəti-təriqi)

    * Səfər tədarükünə sahib olmaq (istitaəti-mali) * Qayıdana kimi özünün və ailəsinin yaşayışını

    təmin edəcək tədarükə sahib olmaq (ümumi maddi təminat)

    İstitaəti-zamani: Məsələ 16. Həcci vacib edən şərtlərdən biri mü-

    qəddəs məkanlara getmək və oradaki vacib əməlləri yerinə yetirə bilmək üçün kifayət edəcək miqdarda vaxta sahib olmaqdır. Buna əsasən bir şəxs mal kəsb etmək və ya bu kimi digər şəraiti hazırlamaqla o məkanlara gedib həcc ibadətlərini etməyə imkanı qalmazsa və yaxud adi haldan daha çox və dözülməz məşəqqətə səbəb olacaq miqdarda az vaxtı qalarsa, o ildə həcc ona vacib deyildir, lakin növbəti il həccə getməyi bacaracağını bilərsə gələn il üçün malını saxlaması lazımdır.

    İstitaəti-bədəni: Məsələ 17. Həccin digər şərtlərinə sahib olan

    şəxs xəstəlik və ya qocalıq səbəbi ilə müqəddəs məkanlara gedə bilməsə və ya gedəcəyi təqdirdə şid-dətli istilik kimi səbəblər üzündən həcc ibadətlərini

    8

    Seyyid Əli Hüseyni Sistani

    yerinə yetirə biləcəyi miqdarda orada qala bilməyə-cəksə və yaxud da adi halda dözülə bilən miqdardan daha çox məşəqqət və zəhmətə səbəb olacaqsa həcc ona vacib deyildir. Əgər növbəti ildə həccə gedə biləcəyinə ümidi olmazsa özü üçün naib tutması vacibdir.

    Məsələ 18. Hal-hazırda həcc üçün bədəninin gü-cü çatmayan, lakin gələn ildə üzrünün aradan qalxa-cağına ümidvar olan şəxsə naib tutmaq vacib deyil-dir. Əksinə gələn il bədəninin gücü çatarsa və digər şərtlərə də sahib olarsa özü həccə gedəcək.

    Məsələ 19. Həccə getmək üçün hər bir şəraitə sahib olan, lakin xəstəliyi üzündən hal-hazırda müs-təti hesab olunmayan şəxsə həccə getmək üçün müalicə olunması vacib deyil. Lakin müalicə olunsa və bədəninin gücü çatsa həccə getməlidir.

    İstitaəti-təriqi: Məsələ 20. Həcci vacib edən şərtlərdən biri də

    yolun açıq və əmin-amanlıqda olmasıdır. Yəni Miqata (ehram bağlanan məkan) çata bilmək üçün yolda heç bir maneə olmamalıdır və həmçinin yol boyunca hacının canına, malına və namusuna toxuna biləcək heç bir xətər olmamalıdır. Bu hallar bərpa olmazsa həcc ona vacib deyildir.

    Məsələ 21. Həccə getmək və Miqata çatmaq üçün maneə və xətər olmasa, lakin muhrim olduqdan sonra xəstəlik və düşmən qorxusu kimi xətərlər ya-ranması haqqında xüsusi hökmlər vardır ki, “məhsur və məhdud babında (hasarlanmış və hüdudlanmış)” gələcəkdir.

    Məsələ 22. Həccə getmək üçün 2 yol olsa və bu yollardan birincisi xətərli, digəri isə xətərsiz, amma

  • 9

    Həccin hökmləri və əlavələr

    uzaq olarsa ikinci yolla getmək vacibdir. Lakin uzaq yolla getmək çox şəhərlərdən keçməyə bağlıdırsa və xalqın nəzərində o şəhərlərdən keçmək yolun açıq və əmin-amanlıqda olmaması kimi qəbul edilirsə, həcc ona vacib deyildir.

    Məsələ 23. Həccə getmək üçün adyazdırmaya durmaq və növbənin ona çatmasını gözləmək lazım olarsa, həmçinin bundan başqa heç bir yol olmazsa və həmin ildə yol boyunca xətərin yaranmayacağına ehtimal verərsə, adını qeydiyyata yazdırmaq vacib-dir.

    Məsələ 24. Əgər bir şəxsin öz şəhərində müəy-yən miqdar malı olsa və həccə getməklə o mal tələf olacaqsa, nəticə etibarı ilə o malın tələf olması ümu-mi sıxıntıya səbəb olacaqsa həcc ona vacib deyildir.

    Məsələ 25. Əgər həcc yolunda dəf olunması çox miqdarda mal sərf etməyə bağlı olan düşmən olarsa və həmin malın sərf olunması ümumi sıxıntı ilə nəticələnəcəksə həcc vacib deyildir. Həmçinin düş-mənin yolu açmağına görə onlara pul vermək də vacib deyildir.

    İstitaəti-mali: Məsələ 26. İstitaəti-mali yol azuqəsi və səfər

    tədarükü deməkdir (ərzaq və minik baxımından) və bu istitaət hər bir kəsin öz halına uyğun olmalıdır. Lakin o tədarükün eyninə (özünə) sahib olmaq lazım deyildir, əksinə pul kimi bir mala sahib olmaqla onları hazırlamaq mümkün olsa kifayətdir.

    Məsələ 27. Yol azuqəsi və səfər tədarükündə əsas meyar və ölçü onların hal-hazırda mövcud ol-masıdır. Əgər hazırda onlar yoxdursa, amma iş fəa-

    10

    Seyyid Əli Hüseyni Sistani

    liyyəti və qazanc yönümlü məşğuliyyətlə onlara sahib çıxmaq mümkün olsa da həcc vacib deyil.

    Məsələ 28. Həccin vacib olmasında şərt olan istitaətdə mötəbər hesab edilən təklif (hökm) mükəl-ləfin öz vətəni yox, hazırda qərarlaşdığı məkandır. Buna əsasən də bir şəxs ticarət etmək üçün digər bir şəhərə (məs... Ciddə şəhərinə) getsə və oradan həccə getmək imkanına sahib olsa həcc ona vacibdir, bax-mayaraq ki, öz vətənində olacağı təqdirdə bu imkana sahib olmayacaqdı.

    Məsələ 29. Əgər mükəlləfin pulu olmasa, amma satacağı təqdirdə həccə getməyə qadir olacağı bağ, torpaq və dükan kimi mülkə sahib olarsa, onu satıb həccə getməsi vacibdir. Hətta çox az qiymətə satma-ğı bacarsa belə satmalıdır. Amma onun az qiymətə satılması ümumi zərərə səbəb olacaqsa vacib deyil.

    Məsələ 30. Əgər istitaət ilində həccin xərcləri müəyyən səbəblə bahalaşarsa və növbəti ildə ucuz-laşacağını bilirsə, hotel və təyyarə kirayəsi kimi xərclərin ucuzluğuna görə həccini növbəti ilə təxirə salması caiz deyildir. Lakin istitaət ilindəki xərclərə imkanı çatmasa və ya onları qarşılamaq ümumi zərə-rə səbəb olacaqsa həcci təxirə salmanın eybi yoxdur.

    Məsələ 31. Hacı həcdən öz vətəninə qayıtmağı istəyirsə qayıtmağa dair xərclərə də sahib olması şərtdir. Əgər orada qalmağı istəyərsə və ya öz vətə-nindən başqa yerə getməyi planlaşdırarsa, həmin yerə getmək üçün lazımlı xərcə sahib olmalıdır. Lakin həmin yerə getmənin xərci öz vətəninə qa-yıtmanın xərcindən çox olmaması şərtdir...məsələn, həmin yerə getmənin xərci çox olarsa öz vətəninə qayıtmanın xərci miqdarında tədarükə sahib olması

  • 11

    Həccin hökmləri və əlavələr

    kifayətdir və bu miqdara yiyələnmək həcci vacib edir. Bəli əgər öz vətənindən başqa yerdə məskun-laşmağa məcburdursa və onun yaşayışı və iş fəaliy-yəti də həmin diyardadırsa, oraya qayıtmaq miqda-rında tədarükə sahib olmalıdır.

    Əlavə malları satmaqla hasil olan istitaəti-mali: Məsələ 32. Əgər insan öncələr ehtiyac duyduğu

    və sataraq həccə getməsi vacib olmamış bir mala sahibdirsə, həmçinin indiki halda ona ehtiyacı yox-dursa onu satması və həccə getməsi vacibdir... məsə-lən, bir xanımın əvvəllər ehtiyac duyduğu qızıl zinət əşyaları varsa və hazırda qocalıq və ya başqa bir səbəblə ona ehtiyacı yoxdursa, onları satmaqla həccə getməyi bacaracaqsa həcc ona vacibdir.

    Məsələ 33. Əgər insanın özünə məxsus bir mən-zili olsa, lakin hazırda vəqf olunmuş və ya idarəyə mənsub evdə qalırsa və burada qalmaq ona ağır məşəqqət və çətinlik səbəbi deyilsə, həmçinin oranın boşaldılması da tələb olunmursa və öz mənzili həcc xərclərini qarşılayacaqsa həcc ona vacibdir. Hətta həcc xərclərini təmin edəcək başqa bir malı olsa, bu halda da həcc ona vacibdir. Mənzili və ya başqa malı satmaq lazım gəlsə belə bunu etməlidir. Bu hökm kitab, iş alətləri və digər vasitələrə də aiddir.

    Artan tələbata uyğun həccin istitaəti: Məsələ 34. Əgər insanın başqa birisindən həcc

    xərclərini təmin edəcək miqdarda və ya onu təkmil-ləşdirəcək həddə tələbi olarsa, aşağıdakı hallarda həcc ona vacib olacaq:

    12

    Seyyid Əli Hüseyni Sistani

    a) Tələbin vaxtı çatdığı və borclunun da onu ödəməyə hazır olduğu zaman.

    b) Tələbin vaxtı çatır, lakin borclu düz hesab aparmadığı üçün onu qaytarmağa qadir deyil. Bu hal-da onu dövlət məhkəmələrinə müraciət etmək kimi yollarla borcunu qaytarmağa məcbur etmək mümkün olsa.

    c) Tələbin vaxtı çatıb, lakin borclu tələbi inkar edir. Bu halda tələbi isbat etmək və ya almaq müm-kün olsa (həcc vacibdir). Yaxud onu isbat etmək baş tutmasa da təqas (onun əmlakından öz tələbinə uy-ğun mal götürmək) yolu ilə almaq mümkün olarsa həcc vacib olur.

    d) Tələbin vaxtı çatmayıb, lakin borclu öz istəyi ilə onu vaxtından qabaq qaytarmaq istəyir (bu halda da həcc vacib olur). Amma tələbi almaq əksər vaxt-larda iddiaya bağlı olduğu və borclunun da ödəməni vədə verilmiş vaxta kimi təxirə salmaq səlahiyyəti olduğu üçün iddia etmək və həcc vacib deyildir.

    Məsələ 35. Əgər tələbi sahib olduğu miqdardan aşağı qiymətlə satmaq mümkün olsa və bu satış tə-ləbkarın sıxıntısına səbəb olacaq şəkildə ümumi zə-rərlə nəticələnməzsə, eyni zamanda həmin aşağı miqdar həcc xərclərini təmin etmək və ya təkmilləş-dirmək üçün kifayət etsə həcc ona vacibdir. Bu vü-cubun, tələbin ucuz qiymətə satılmasından asılı ol-masına baxmayaraq məsələ qeyd olunduğu kimidir.

    İstitaət və borc: Məsələ 36. Həccin xərclərini qarşılamağa

    imkanı çatan, amma eyni zamanda borcu da olan şəxsə 3 halda həcc vacib deyildir:

  • 13

    Həccin hökmləri və əlavələr

    a) Qaytarmalı olduğu borc həcc məsrəflərindən çox olsa.

    b) Qaytarmalı olduğu borc həcc məsrəflərinə bərabər olsa.

    c) Qaytarmalı olduğu borc azdır, lakin borcunu verərsə əlində qalan miqdar həccin məsrəflərinə kifayət etməyəcək.

    Məsələ 37. Öncəki (36-cı) məsələdə borcun qay-tarılma vaxtının çatıb-çatmaması arasında heç bir fərq yoxdur. Lakin borcun qaytarılma vaxtı əksər vaxtı diqqət olunmayacaq miqdarda uzaq olarsa, bu hal istisnadır...məsələn, borcun növbəti 50 il ərzində qaytarılması razılaşılsın və öncədən borcu götürüb sonradan malı almaqla əksi arasında da heç bir fərq yoxdur.

    Məsələ 38. Əgər həcc xərclərini qarşılaya biləək qədər mala sahib olub sonradan borc götürərsə və borclanmasında özü təqsirkar olarsa həcc ona va-cibdir.

    Məsələ 39. Daim tələb və borcları olan tacirlər kimi şəxslərin tələbləri borclarından çox olarsa və qazanc hesab edilən əlavə miqdar həcc xərclərini qarşılamaq üçün kifayət edirsə və sair şərtlər də mövcuddursa, onlar müstəti hesab olunurlar.

    Məsələ 40. Əgər bir insanın xums və ya zəkatı verməyə borcuolarsa və bir miqdar mala da sahib-dirsə, beləki xums və ya zəkat verəcəyi halda yerdə qalan miqdar həccin xərclərini qarşılamağa kifayət etməyəcəksə də xums və zəkatını verməlidir. Bu halda həcc ona vacib olmayacaq. Həmin malın xums və ya zəkata əlaqə tapması ilə şəxsin öncədən borclu (xums və ya zəkata) olması arasında heç bir fərq yoxdur.

    14

    Seyyid Əli Hüseyni Sistani

    Məsələ 41. Boynuna həcc vacib olmuş şəxs, eyni zamanda xums, zəkat və ya bu kimi digər vacib hüquqlara borcu olarsa, ilk öncə onları ödəməlidir. Həccə getmək naminə onları təxirə salmaq caiz deyil.

    İrslə hasil olan istitaət: Məsələ 42. Əlində sənət və peşəsi olan və onun-

    la yaşayışını idarə edən şəxsə irs və ya başqa bir yolla həcc məsrəflərini və səfər müddəti boyunca ailəsinin xərclərini təmin edə biləcəyi bir mal çatar-sa, həcc ona vacib olar.

    Şəri vergilərlə hasil olan istitaət: Məsələ 43. Xums, zəkat və bu kimi vergilərlə öz

    yaşayışını təmin edən və məşəqqətsiz olaraq ənənəvi şəkildə ona çatan şəri vergilərlə öz təsərrüfatını idarə edən şəxsin əlinə həcc xərclərini qarşılaya biləcək miqdarda mal keçərsə həcc ona vacibdir.

    Digər mallarla həccin xərclərini ödəmə: Məsələ 44. Müstəti olan şəxsə yalnız öz malı ilə

    həccə getmək vacib deyil. Buna əsasən də heç bir mal sərf etmədən və ya başqalarının malı ilə (hətta qəsb etmiş olsa belə) həccə gedərsə kifayət edər. Amma təvafda və təvaf namazında bədəni örtən paltarın qəsbi olması halında ehtiyata əsasən kifayət etmir. Əgər qurbanının pulu qəsbi olarsa həcci səhih deyil. Lakin qurbanın pulunu öz boynuna borc olaraq götürsə (xüsusi niyyət ilə) və o qiyməti qəsbi puldan verərsə, bu halda həcci səhihdir.

    Məsələ 45. Minik və azuqəyə sahib olmaq şərt deyil. Əgər insanın yanında sahibinin istifadə üçün icazə verdiyi bir miqdar malı olsa və həmin mal

  • 15

    Həccin hökmləri və əlavələr

    onun həcc xərclərini lazımı qədər ödəyərsə və sair şərtlər də mövcuddursa həccə getmək ona vacibdir. Əgər icazəyə dair arxayınlığı olmadan həccə gedərsə və malın sahibi də öz icazəsindən dönməzsə onun həcci kafi və vacib həcc hesab olunacaq.

    Məsələ 46. Əgər bir şəxs həcc məsrəflərinə sa-hibdirsə, amma qayıtdıqdan sonra öz yaşayışı, həcc qonaqlığı və bu kimi sair xərcləri qarşılamaq üçün borca düşməli olacaqsa və bu işlər də adətən tərk olunmayan adətlərdəndirsə, o şəxs müstəti deyildir.

    İstitaət və izdivac: Məsələ 47. Evlənməyə ehtiyacı olan müstəti bir

    cavan həccə gedəcəyi halda evlənməsi təxirə düşə-cəksə də belə həccə getməlidir. Lakin həcdən son-raya qədər səbr etmək onun üçün adi haldakından daha artıq zəhmət və məşəqqətə səbəb olacaqsa, evlənmək müqəddəmdir (birinci dərəcəlidir).

    Məsələ 48.Müstəti olan şəxsin oğlunun evlən-məyə ehtiyacı olsa və bu şəxs öz oğlunun evlənmə xərclərini ödəyəcəyi halda həccə gedə bilməyəcəksə, həccə getməlidir və oğlunun evlənməsini təxirə salmaq onun həcci üçün maniə olmayacaq. Lakin həccə getmək və oğlunun evlənməməsi ilə onun zəh-mət və məşəqqət halına düşəcəyi durum istisnadır.

    İstitaət və naiblik: Məsələ 49. Əgər bir şəxs həcc üçün naib olaraq

    əcir tutulsa və başqasının pulu ilə müstəti olsa, məsələ özünü 2 şəkildə göstərəcək:

    16

    Seyyid Əli Hüseyni Sistani

    a) Naiblik həcci həmin ilə məxsus olur: Yəni naiblik həcci müqəddəmdir və həmin il naib olaraq həcci yerinə yetirməlidir. Əgər istitaəti növbəti ilə kimi davam edərsə “hiccətul-islam” ona vacib ola-caq. Yox əgər istitaəti gələn ilə kimi davam etməzsə həcc ona vacib deyil.

    b) Naiblik həcci həmin ilə məxsus olmur: Yəni növbəti illərdə həccə getməyi bacaracağına arxayın-dırsa, naiblik həccini birinci yerinə yetirəcəkdir və mümkün olduğu halda növbəti illərdə öz həccini yerinə yetirəcəkdir.

    Ancaq növbəti illərdə həccə gedə biləcəyinə ar-xayınlığı olmazsa naiblik həcci ilə öz həcci arasında ixtiyar sahibidir. İstədiyini birinci il həyata keçirdib digərini gələn ilə saxlayacaq.

    Borc götürməklə hasil olan istitaət: Məsələ 50. Bir şəxs sonradan qaytarmağa gücü

    çatacağı təqdirdə belə həcc xərclərini ödəyəcək miq-darda borc götürərsə həcc ona vacib olmaz. Lakin borcun qaytarılma vaxtı ağıl sahibi insanların diqqət etmədiyi qədər uzun olarsa (məs... 50 il) həcc ona vacib olar.

    Məsələ 51. Bir şəxsin öz yaşayışına dair ehtiya-cından daha artıq və həcc xərclərini ödəyəcək miq-darda malı olarsa, lakin o malı sərf etməyib həcc xərcləri üçün borc götürərsə onun həcci vacib həcc hesab olunacaq və yenidən həccə getməsi vacib deyil.

    Bəxşişlə hasil olan istitaət: Məsələ 52. Əgər bir şəxs digərinin həcc xərclərini,

    səfər tədarükünü və ailəsinin yaşayış məsrəflərini qar-şılamağı öz öhdəsinə alarsa və onun öz öhdədarlığında

  • 17

    Həccin hökmləri və əlavələr

    sadiq qaldığına arxayınçılıq olarsa, həcc ona vacib olur. Xərcləri ödəyənin bir nəfər və ya bir neçə nəfər olması arasında heç bir fərq yoxdur.

    Məsələ 53. Əgər bir şəxs müəyyən malı həcdə sərf etmək üçün başqasına verərsə və həmin mal onun səfər boyunca həcc xərclərini və ailəsinin ehtiyaclarını qarşılayarsa, həcc ona vacib olar.

    Məsələ 54. Əgər bir şəxs həcc xərclərindən bir miqdarına sahibdirsə və yerdə qalan miqdarı başqası ödəyərsə həcc ona vacib olur. Amma yalnız getmək miqdarında ona bəxşiş olunsa və onun qayıtmağa gücü çatmayacaqsa həcc ona vacib deyil.

    Məsələ 55. Əgər bir şəxsə getmək və qayıtmaq xərcini versələr, amma qayıdana kimi ailəsinin xərclərini təmin etməsələr həcc ona vacib deyildir. Lakin ailəsinin xərclərinə özü sahib olsa və ya həccə getməsəydi belə onları təmin edəcək bir şeyi yox-dursa və ya onun getməsi ilə ailəsi məşəqqət və çətinliyə düşmürlərsə və yaxud da həmin şəxsin vacibun-nəfəqəsi (xərclərinin ödənilməsi vacib olan şəxs) yoxdursa, həcc ona vacib olur (deyilən bütün istisna hallarda).

    Məsələ 56. Əgər meyyit müəyyən şəxsə həccə getməsi üçün bir miqdar mal vəsiyyət etsə və bu mal onun həcc xərclərini və ailəsinin yaşayışını təmin edirsə həcc ona vacibdir.

    Məsələ 57. Əgər bir şəxs müəyyən malı bir in-sana sırf həccə getmək üçün versə, qəbul etmək vacibdir. Lakin bəxşiş edən şəxs insanı ixtiyar sahibi etsə və desə ki, “istəyirsən bu malla həccə get, istəyirsən getmə” və ya bir malı ona verib həcc ba-rədə heç bir söz deməsə, o malı qəbul etmək vacib deyil.

    18

    Seyyid Əli Hüseyni Sistani

    Məsələ 58. Əgər bir malı müəyyən dəstəyə on-lardan birinin həccə getməsi üçün versələr və onlar-dan biri qabağa keçib onu götürərsə, həcc ona vacib olar və digərlərinin boynundan götürülər. Lakin on-lardan hər biri o malı götürə biləcəyi halda heç biri götürməzsə, həcc onlardan heç birinin boynunda müstəqər olmayacaq.

    Məsələ 59. Bir kəsin həyata keçirdiyi işin mü-qabilində onun həcc xərclərini ödəyərlərsə (məs... karvanların xidmətçilərindən bəzisi kimi), bu həcc bəxşiş olunmuş həcc hesab edilmir.

    Bəxşiş olunan həcc “hiccətul-islam” üçün kifayət edir:

    Məsələ 60. Bəxşiş olunan həcc (həcci-bəzli) “hiccətul-islam” üçün kifayət edir. Beləliklə mü-kəlləf bəxş olunan pulla və bəxşişlə həccə gedərsə və sonradan özü müstəti olarsa yenidən həccə getməsi vacib deyil.

    Həcci-bəzlidə ümumi təminatın şərt olmaması: Məsələ 61. Həcci-bəzlidə ümumi təminat1 şərt

    deyildir. Bəli, bir şəxsin gəliri yalnız həcc günlərin-

    1Ümumi təminat, yəni bir şəxsin həccə gedib qayıtmasından sonra öz yaşayışını və ailəsinin xərclərini təmin etməsi, mə-şəqqət və çətinliyə düşməməsi və digərlərinin köməyinə möh-tac olmamasıdır. Daha aydın şəkildə desək: mükəlləf həccə get-məsi və pulunu bu yolda xərcləməsi üzündən fəqirlik qorxusu, sıxıntı və ailəsinin ehtiyaclarını qarşılaya bilməmək halı yaşa-mamalıdır. Buna əsasən də bir şəxsin illik gəliri həcc günlərinə düşsə və bu şəxsin həccə gedəcəyi təqdirdə il boyunca və ya ilin bəzi günlərində özünün və ailəsinin ehtiyaclarını qarşılaya bilmə-yəcəksə həcc ona vacib deyildir.

  • 19

    Həccin hökmləri və əlavələr

    də olursa və ilin qalan günlərini həmin gəlirlə idarə edirsə, beləki həccə gedəcəyi təqdirdə ilin qalan günləri üçün yaşayışını təmin edəcək tədarükü olma-yacaqsa həcc ona vacib deyildir. Əgər onun illik eh-tiyacının hamısını ödəsələr və ya onun illik ehtiya-cından çatmayan hissəsini versələr həcc ona vacib olur.

    Həcci-bəzlidə qurbanın pulu: Məsələ 62. Qurbanın pulu bəxş edənin öhdə-

    sindədir. Əgər həccin xərclərini verib qurbanın qiy-mətini ödəməsələr həccin ona vacib olmasında işkal vardır, yəni ehtiyati-vacib budur ki, həcci yerinə yetirsin, lakin yenidən müstəti olsa bir daha həccə getsin. Amma qurbanlığı hazır etməyə öz gücü çatsa həcc vacib olur.

    Həcci-bəzlidə kəffarə: Məsələ 63. Əgər həcci-bəzlidə hər hansı bir

    kəffarə vacib olsa hacının boynundadır və bu kəffarənin bəxşiş edənə heç bir aidiyyatı yoxdur.

    Bəxşişdən dönmə: Məsələ 64. Bəxşiş edən şəxs öz bəxşişindən

    dönə bilər. Yəni ona verdiyi şeyi geri ala və ya vədə verdiyi şeyi bəxş etməyə bilər. İstər bəxşiş olunan şəxs muhrim olmamışdan qabaq olsun, istər sonra. Amma ehramdan sonra bəxşiş olunan şəxs üçün çə-tinlik və məşəqqət olmayacaqsa həccini sona çatdır-malıdır, baxmayaraq ki, özü müstəti deyildi və bəxş edən şəxs onun həccini tamam etməsi və qayıtması üçün lazım olan xərclərə zamin idi.

    20

    Seyyid Əli Hüseyni Sistani

    İstitaətdən xaric olma: Məsələ 65. Əgər insan mal cəhətindən müstəti

    olarsa və həccə getməyə qüdrəti çatarsa həcc ona vacib olur. Odur ki, insan həcc günlərində həccə getməyə qadir olacağını bildiyi halda onu istitaətdən çıxaracaq və tədarük edə bilməyəcək həddə malın-dan xərcləyərsə həcc onun boynunda müstəqər ola-caq. Amma həccə getməyə qüdrətinin çatması dəqiq məlum olmasa vəhəcc günlərində həccə getməyi bacaracağını bilmirsə həcc onun boynunda müstəqər deyildir.

    Məsələ 66. Öncəki məsələdə (65-ci məsələ) istitaətinin aradan qalxmasında özü günahkar olsa da onun etdiyi təsərrüf səhihdir. Məsələn, malını ucuz bir qiymətə satıbsa və ya bir kəsə bəxşiş edibsə, onun etdiyi alver və verdiyi bəxşiş səhihdir.

    Məsələ 67. Adını qeydiyyata yazdırmış şəxsə növbə çatmamış ona yaşayışından ötəri pul lazım olsa və onun da bu maldan başqa heç nəyi olmasa, o pulu götürə bilər və bu hal həccin vacibliyinin onun boynuna müstəqər olmasından qabaq baş verdiyi üçün həcc ona vacib deyil.

    İstitaətə dair müxtəlif məslələr: Məsələ 68. Əgər bir müstəti olmasa və müstəhəb

    həcc yerinə yetirsə və ya başqa birinin yerinə muzdsuz olaraq savab üçün və yaxud da muzdlu olaraq həcc yerinə yetirsə, bu həcc “hiccətul-islamı” əvəz etməyəcək. Odur ki, sonradan müstəti olsa həccə getməlidir.

    Məsələ 69. Əgər bir şəxs müstəti olmadığı gü-manı ilə müstəhəb həccə gedərsə və sonradan onun müstəti olduğu anlaşılarsa, onun həcci “hiccətul-

  • 21

    Həccin hökmləri və əlavələr

    islamı” əvəz edəcək və bir daha həccə getmək ona vacib deyil.

    Məsələ 70. Müstəti olan bir şəxs həccə getmək-də səhlənkarlıq etsə və istitaəti aradan qalxsa, həcc onun boynunda müstəqər olur və hansı yolla olursa olsun, hətta çətinliklə olsa belə həccə getməlidir.

    Məsələ 71. Həcc boynunda müstəqər olan şəxs həccə getməmiş ölərsə, onun malı ilə həcci qəza etmək vacibdir. Əgər bir kəs muzdsuz olaraq onun naibi kimi həcci yerinə yetirərsə səhih və kafidir.

    Məsələ 72. Həcc karvanları və ya həcc təşkilat-larının başçıları üçün ayrılmış xərclər hesabına həc-cə gedən karvan xidmətçiləri və onların dini yol gös-tərmələri digər şərtlərə də sahib olsalar müstətidirlər və “hiccətul-islamı” yerinə yetirməlidirlər.

    Məsələ 73. Mal cəhətindən müstəti olmayan, la-kin hacılara xidmət üçün əcir tutulmuş şəxs sair şərtlərə də sahib olsa müstətidir və “hiccətul-islamı” yerinə yetirməlidir.

    Həccə vəsiyyət etmə: Məsələ 74. Boynuna həcc vacib olduğu halda

    yerinə yetirməmiş şəxsin ölümü yaxınlaşarsa və həcc xərcləri miqdarında malı olarsa, onun yerinə həcci yerinə yetirəcəklərinə dair arxayınçılıq hasil olsun deyə işlərə tərtib verməsi lazımdır. Bu məq-sədlə şahidlərin iştirakı ilə vəsiyyət də etməlidir. Əgər malı olmasa və bir şəxsin onun yerinə muzdsuz olaraq həccə gedəcəyinə ehtimal versə belə yenə də vəsiyyət etməsi vacibdir.

    Məsələ 75. Boynunda “hiccətul-islamı” müstə-qər olduğu halda ölən şəxsin malının əslindən (malı heç bir hissəyə bölünməmiş) onun həcci yerinə yeti-

    22

    Seyyid Əli Hüseyni Sistani

    rilməlidir, hətta meyyit bunu vəsiyyət etməmiş olsa belə.

    Məsələ 76. Əgər “hiccətul-islam” meyyitin boy-nunda müstəqər olsa və onun yerinə həccə getməyi vəsiyyət edibsə, məsələnin iki forması ola bilər:

    a) Vəsiyyət ümumi olub və malın üçdə birinə məxsus edilməyib: məsələn belə vəsiyyət edib: “həc-ci yerinə yetirin və ya mənim malımdan həccə ge-din”. Bu halda malın əslindən onun həcc xərcləri təmin edilməlidir.

    b) Onun malının üçdə birindən həccə gedilməsi vəsiyyət edilib: bu halda həccin xərcləri malın üçdə birindən çıxılır və bu miqdar digər vəsiyyət olunmuş şeylərdən müqəddəmdir (qabağa keçir). Beləki bu üçdə bir miqdar həcc məsrəflərinə kifayət etməsə, çatmayan hissəni malın əslindən götürəcəklər.

    Məsələ 77. Boynunda “hiccətul-islamı” qalan şəxs öldüyü zaman onun varisinə meyyitin yerinə həcci qəza etməyə əngəl olacaq miqdarda onun ma-lından istifadə etməsi caiz deyildir. Bu halda meyyi-tin malının həcc xərcləri ilə bərabər və ya ondan çox olması arasında heç bir fərq yoxdur. Bəli meyyitin malı həcc xərclərindən çox olduğu təqdirdə artıq olan miqdardan istifadə edilməsi icazəlidir.

    Məsələ 78. Əgər meyyitin boynunda “hiccətul-islamdan” əlavə xums və zəkat da qalarsa və onların hamısına bəs edəcək qədər malı olmazsa, məsələnin iki forması ola bilər:

    a) Xums və zəkatın əlaqə tapdığı mal mövcud-dur: bu halda birinci xums və zəkat verilməlidir.

    b) Xums və zəkatın əlaqə tapdığı mal mövcud deyildir: bu halda birinci həccə gedilməlidir.

  • 23

    Həccin hökmləri və əlavələr

    Məsələ 79. Əgər meyyitin “hiccətul-islamdan” əlavə borcu da olarsa, birinci borcu qaytarılmalıdır.

    Məsələ 80. Əgər meyyitin boynunda “hiccətul-islam” qalıbsa və onun malı həcc məsrəflərini qar-şılamırsa, çatışmamazlığı aradan qaldırmaq və onun həccini əda etdirmək varisə vacib deyil. Əksinə bu halda meyyitin malı varisə çatacaq.

    Məsələ 81. Meyyit üçün onun vətənindən naib tutulması vacıb deyil. Hətta ən yaxın miqatlardan belə naib tutulsa kafidir. Lakin öz vətənindən naib tutulması ehtiyat müstəhəbdir. Amma miqatdan artıq miqdarın muzdunu kiçik varisin səhmindən götür-mək olmaz.

    Məsələ 82. Əgər meyyitin malı onun əvəzinə “hiccətul-islamı” yerinə yetirməyə kifayət edirsə, ehtiyat-vacibə görə gecikdirmədən elə birinci il onun həcci yerinə yetirilməlidir.

    Məsələ 83. Boynunda “hiccətul-islam” qalaraq ölən bir kəsin yerinə başqa şəxs muzdsuz olaraq həccə gedərsə kifayət edir. Belə olan halda meyyit öz malının üçdə birindən həcc xərclərinə məsrəf etməyi tapşırmışdısa da onun malından naib tutmaq vacib deyil. Lakin bu halda malın üçdə birindən həcc xərclərinə bərabər olan miqdar varisə çatmır, əksinə meyyitin nəzərində ən yaxşı hesab edilən xeyir işlərə sərf olunacaq.

    Məsələ 84. Boynunda “hiccətul-islam” qalaraq ölən şəxs öz vətənindən naib tutulmasını vəsiyyət edibsə, onun üçün vətənindən naib tutmaq vacibdir və bu halda miqatdan sonrakı xərclər meyyitin malının əslindən, yerdə qalan miqdar isə malın üçdə birindən götürüləcək.

    24

    Seyyid Əli Hüseyni Sistani

    Məsələ 85. Əgər meyyitin onun üçün həcc ye-rinə yetirməyi tapşırdığı müəyyən mala xums və ya zəkatın əlaqə tapdığı bilinərsə, ilk olaraq xums və ya zəkatın verilməsi vacibdir və yerdə qalan hissə həccə sərf olunmalıdır. Əgər yerdə qalan hissə həcc xərclə-rindən az olarsa və meyyitin vəsiyyətindəki həcc “hiccətul-islamdırsa”, çatışmamazlıq meyyitin əsl malından ödəməklə aradan qaldırılmalıdır. Əgər meyyitin vəsiyyəti “hiccətul-islam” deyildirsə, bu barədə fiqhi kitablarda bir qrup izahlı hökmlər vardır.

    Məsələ 86. Əgər meyyit tərəfindən həcc üçün vəsiyyət və ya başqa yolla naib tutulması vacib edil-mişdirsə və naib tutmaq boynunda vacib olan şəxs səhlənkarlıq edərsə və həcc üçün nəzərdə tutulmuş mal tələf olarsa, bu şəxs zamindir və öz malından naib tutmaq ona vacibdir.

    Məsələ 87. Həccə getmək üçün nəzərdə tutul-muş mal səhlənkarlıq olmadan vəsinin (vəsiyyət olunmuş şəxs) əlində qorunduğu zaman tələf olarsa, vəsi zamin deyil. Əgər meyyitin vəsiyyəti “hiccətul-islam” idisə, meyyitin malının yerdə qalanı ilə həc-cin yerinə yetirilməsi vacibdir və əgər vəsiyyət “hic-cətul-islam” deyildisə, malın üçdə birindən istifadə olunacaq.

    Məsələ 88. Əgər meyyit həccə getməyi vəsiyyət edisə:

    a) “Hiccətul-islamı” vəsiyyət etdiyi məlum olar-sa, həccin məsrəflərini üçdə birdən ödəməyi vəsiyyət etmədiyi halda xərclər malın əslindən götürüləcək.

    b) Vəsiyyətinin “hiccətul-islam” olmadığı bili-nərsə, həccin xərcləri malın üçdə birindən götü-rüləcək.

  • 25

    Həccin hökmləri və əlavələr

    c) Vəsiyyətinin “hiccətul-islam” və ya başqa bir həcc olduğu məlum olmasa, həccin xərcləri malın üçdə birindən götürüləcək.

    Məsələ 89. Əgər meyyit həccə getmək üçün məxsus olaraq müəyyən bir şəxsi təyin edərsə, ona əməl olunmalıdır.

    Məsələ 90. Əgər meyyit “hiccətul-islam” üçün müəyyən miqdarda mal vəsiyyət edibsə, lakin o ma-lın yayılmış miqdardan az olması səbəbi ilə həccə getmək üçün heç kim tapılmırsa, çatışmayan miqdarı meyyitin malının əslindən götürəcəklər.

    Qadının həcci və ərin icazəsi: Məsələ 91. Qadın müstəti olarsa ərindən icazə

    almamış həccə gedə bilər və ərinin icazə verməsi şərt deyil.

    Məsələ 92. Ər öz xanımının vacib həcci yerinə yetirməsinə əngəl ola bilməz və bu məsələdə “hiccə-tul-islam” və bu kimi vacib həclər arasında heç bir fərq yoxdur. Bəli, əgər bir neçə karvan hərəkət edirsə, ilkin karvanlarla yola düşməkdən onu saxlaya bilər.

    Məsələ 93. Qadınlarının müstəti və həccin onla-ra vacib olmasında məhrəmə sahib olmaları (yol boyunca) şərt deyil. Əgər tək və yol yoldaşı olmadan getməkdə əmin-amanlıq olmasa və qadın özü üçün qorxarsa, yol yoldaşına sahib olmaq şərt olacaqdır. Beləki yol-yoldaşı muzd istəyərsə onun muzduna sahib olmaq da şərtdir və əgər muzda imkanı çat-mazsa, həcc ona vacib deyildir.

    Məsələ 94. Daimi əri olan və ya rici təlaqın id-dəsində olan qadın müstəhəb həcci yerinə yetirmək üçün ərindən icazə almalıdır.

    26

    Seyyid Əli Hüseyni Sistani

    Məsələ 95. Bain təlaqın iddəsində olan qadının həccə getmək üçün ərindən icazə alması şərt deyil və əri ölmüş qadının da vəfat iddəsi zamanında həccə getməsi caizdir və heç kimin icazəsi şərt deyil.

    Naiblik: Məsələ 96. Müstəti şəxsin gücü çatırsa həccə

    özü getməlidir və istər muzdlu olsun, istərsə də muzdsuz olaraq başqasının onun yerinə həyata keçirdiyi həcc kifayət etməyəcək.

    Məsələ 97. Boynunda həcc müstəqər olmuş şəxs xəstəlik, qocalıq və ya başqa bir əngəl səbəbi ilə həccə gedə bilmirsə və onun üçün məşəqqət və çətin omasından əlavə həccə gedə biləcəyinə ümidi də yoxdursa, özü üçün naib tutması vacibdir.

    Məsələ 98. Mal cəhətindən müstəti olan şəxs həccə gedə bilməsə və ya həcc əməlləri onun üçün çox məşəqqətli və ağırdırsa, özü üçün naib tutması vacibdir.

    Məsələ 99. Özü üçün naib tutması vacib olan şəxs növbəti illərdə naib tuta biləcəyinə arxayın ol-masa, mümkün olduğu ilk ildə naib tutmalıdır. Yəni həcc üçün gecikdirmədən naib tutmanın vacibliyi eynilə öz həcci kimidir.

    Məsələ 100. Həccə getməyə qadir olmayan və naib tutmağa da gücü çatmayan şəxsə heç bir şey vacib deyil. Lakin həcc onun boynunda müstəqər olsa, ölümündən sonra onun tərəfindən həccə gedil-məlidir.

    Məsələ 101. Özü həccə gedə bilməyən və boy-nunda naib tutmaq vacib olan şəxs miqatdan özü üçün naib tutarsa kifayətdir və öz vətənindən naib tutması vacib deyil.

  • 27

    Həccin hökmləri və əlavələr

    Məsələ 102. “Hiccətul-islamı”yerinə yetirən şəxs təməttö ümrəsi və ya həcc (təməttö, qiran və ifrad) ehramından sonra ölərsə kifayətdir və onun ümrə və ya həcc əməllərini tamamlamaq üçün naib tutmaq lazım deyil. Həmçinin həmin şəxsin də yenidən həcc və ümrə yerinə yetirməkdən ötrü özü üçün naib tutması lazım deyil. Lakin bu hökm “hic-cətul-islama” məxsusdur və nəzr və ya başqa bir səbəblə vacib olmuş həccə və təklikdə həyata keçi-rilən ümrəyə aid deyil.

    Naiblik şərtləri: Məsələ 103. Həcc əməllərində başqasına naib

    olan şəxsin bu şərtlərə sahib olmalıdır: * Büluğ * Əql * İman * Öz boynunda həcci

    olmamalıdır Məsələ 104. Həcc üçün baliğ olmayan uşağı

    naib tutmaq səhih deyil. Çünki uşaq başqasının yerinə “hiccətul-islam” yerinə yetirsə kifayət etmir və hətta uşaq yaxşını pisdən ayıra bilən müməyyiz olsa belə “hiccətul-islamdan” başqa digər vacib həclər də ehtiyat-vacibə əsasən eyni hökmdədir.

    Məsələ 105. Baliğ olmayan uşaq öz vəlisinin icazəsi ilə başqasının naibi kimi müstəhəb həcc yerinə yetirərsə səhihdir.

    Məsələ 106. Həcc üçün mömindən başqasını naib tutmaq ehtiyat-vacibə görə səhih deyil. Odur ki, mömindən başqa biri həcc üçün naib olub bizim məzhəbin qaydalarına uyğun həcci həyata keçirərsə ehtiyat-vacibə əsasən kafi deyil. Əgər öz məzhəbinin qaydaları ilə həcci yerinə yetirərsə qətiyyən kifayət etmir.

    28

    Seyyid Əli Hüseyni Sistani

    Məsələ 107. Bonunda həcc vacib olan şəxs hə-min ildə başqasının yerinə naib olub həcc yerinə yetirə bilməz, lakin digərinin naibi kimi həcci həyata keçirərsə onun həcci səhihdir və naib tutmuş şəxs tərəfindən kifayət edir. Amma bu halda muzd almaq səhih deyil və o yalnız ücrətul-mislə (əməlinin mü-qabil miqdarına) sahib olur. Naibin ücrətul-müsəm-madan (hamı tərəfindən qəbul edilən miqdar) artıq miqdara sahib olmaq haqqı yoxdur. Əgər cahil və ya öz boynunda vacib həccinin olmasından qafil olan şəxs olsa muzd almaq da (hər bir miqdarda) səhihdir.

    Məsələ 108. Naibin adil olması şərt deyil, lakin mənubu ənh1 tərəfindən həcci həyata keçirdiyinə dair arxayınçılıq olmalıdır. Buna əsasən də naib həc-ci yerinə yetirdiyini xəbər versə və onun sözündən arxayınçılıq yaranmazsa, bu xəbərlə kifayətlənmək işkallıdır və bu həcc mənubu ənhin boynunda vacib idisə, ehtiyat-vacibə görə yenidən naib tutulmalıdır.

    Məsələ 109. Həcci səhih şəkildə yerinə yetirə bilməsi üçün naibin həcc əməllərindən və hökmlə-rindən agah olması lazımdır və əgər başqa birinin (məs... karvanın alimi kimi) təlim və yol göstərməsi ilə həcci səhih şəkildə yerinə yetirərsə işkalı yoxdur.

    Məsələ 110. Əgər insan öz naibinin həcc əməl-lərini səhih şəkildə yerinə yetirib-yetirmədiyinə şəkk edərsə və bu şəkk naibin həcc hökmlərindən agahlığı cəhətindən yaranıbsa, yerinə yetirilmiş əməlin səhih-liyinə hökm olunacaq və həmin həccin vacib olduğu təqdirdə belə yenidən naib tutmaq lazım deyil.

    1“Mənubu ənh”- naibin ənun yerinə həcc yerinə yetirdiyi şəxsə deyilir. Yəni özü üçün naib tutan şəxs “mənubu ənhdir”.

  • 29

    Həccin hökmləri və əlavələr

    Naibin vəzifəsi: Məsələ 111. Naib həcc və ya ümrədə öz icti-

    hadına və yaxud təqlid etdiyi müctehidin fətvasına uyğun əməl etməlidir. Lakin muzdu bəlli etdikləri zaman mənubu ənh tərəfindən onun nəzərinə uyğun əməl etmə şərt kəsilsə, şərtə əməl olunmalıdır.

    Məsələ 112. Qadının kişiyə və kişinin də qadına naib olmasında işkal yoxdur.

    Məsələ 113. İndiyə kimi həccə getməmiş birinin naibliyində heç bir maniə yoxdur. İstər mənubu ənh kişi olsu, istərsə də həccə getmiş və ya getməmiş qadın olsun. Lakin yaxşı olar ki, “hiccətul-islam” boynunda olan və gücü çatan biri özü həccə getsin və həccə getməmiş birini özünə naib seçsin. Bu hökm boynunda həcc müstəqər olmuş meyyitə də aiddir.

    Mənubu ənhin şərtləri: Məsələ 114. Mənubu ənh müsəlman olmalıdır

    və qeyri-müsəlmanın naibliyini etmək səhih deyil. Lakin həcc və ya ümrəni yerinə yetirib savabını ona hədiyyə etsələr eybi yoxdur.

    Məsələ 115. Həyatda olan birinin yerinə muzdlu və ya muzdsuz şəkildə müstəhəb həcc üçün naiblik etmənin işkalı yoxdur. Lakin vacib həcdə həyatda olan şəxsin həccə getməyə gücünün çatmaması təq-dirində səhihdir.

    Məsələ 116. Ölmüş şəxsin əvəzinə naiblik etmək hər bir halda və hər bir şəkildə caizdir. İstər muzdlu şəkildə olsun, istər təmənnasız, istər vacib olsun, istərsə də müstəhəb həcc olsun.

    30

    Seyyid Əli Hüseyni Sistani

    Naiblik niyyəti: Məsələ 117. Naib həcc əməllərini niyabət (naib-

    lik) niyyəti ilə yerinə yetirməli və mənubu ənhi müəyyənləşdirməlidir, lakin onun adını dilinə gətir-məsi lazım deyildir. Buna baxmayaraq bütün əməl-lərdə onun adını dilə gətirməsi müstəhəbdir.

    Üzrlü naiblik: Məsələ 118. Naibin üzrlü olmasının 4 forması

    vardır: a) Naiblikdən sonra üzrlü olur: əgər həccin hər

    hansı əməllərindən birinə gücü çatmazsa, ehtiyata əsasən onun əcir tutulması caiz deyildir. Əksinə muzdsuz olaraq da başqasının naibi kimi həcci yerinə yetirsə, ehtiyata əsasən kafi deyil.

    b) Həcc əməlləri əsnasında bir üzr qarşıya çıxsa: həcci yerinə yetirməkdə əvəzləyici hökmü olarsa mənubu ənh tərəfindən kafidir. Məsələn, əgər ərə-fənin ixtiyari vüqufunu yerinə yetirə bilməsə, iztirari (məcburi) vüqufa əməl edəcək. Lakin hər iki vüqufu tərk edərsə həcci batildir.

    c) Üzr səbəbi ilə muhrimə haram olan bəzi ha-ramlara mürtəkib olarsa: məs... öncədən bilib-bilmə-məsi fərq etmədən kölgədə yol gedərsə onun naib-liyinin eybi yoxdur. Həmçinin üzrü olmadan belə mürtəkib olarsa onun naibliyinin işkalı yoxdur.

    d) Bilərəkdən tərk etməklə belə həcci batil et-məyən vacibatlardan bəzisini həyata keçirərsə, onun naibliyinin işkalı yoxdur.

    Məsələ 119. Bədən üzvlərindən biri naqis olan şəxsin nöqsanı həcc və ümrənin ixtiyari əməllərində naqisliyə səbəb olmasa işkalı yoxdur. Məsələn, onun nöqsanı səcdə zamanı yerə qoyulan üzvlərdən başqa bir yerdə olduğu zaman işkal yoxdur.

  • 31

    Həccin hökmləri və əlavələr

    Məsələ 120. Namazında qiraəti səhih olmayan birinin vacib həcc və ya ümrə üçün başqasının naibi kimi etdiyi vacib əməllər, ehtiyat-vacibə görə mə-nubu ənh tərəfindən kafi deyil.

    Məsələ 121. Namazında qiraəti səhih olmayan, lakin ondan daha artıq miqdarını düzgün oxuya bilən müstəhəb həcc və ümrədə başqasına naib ola bilər. Amma həcc və ümrədə başqası üçün əcir tutulsa, öz vəziyyətini bildirməlidir.

    Məsələ 122. Qurban gecəsində qadınlar və üzrlü şəxslərlə birgə Məşərul-həramdan köçən və Toveyn arasındakı vüqufa çatmayan birinin naibliyində bir eyb yoxdur.

    Məsələ 123. Üzr səbəbi ilə əməllərini Ərəfat və Məşərdən qabağa salan şəxsin həcc və ya ümrədə başqası üçün naib olması caizdir.

    Məsələ 124. Əgər muzdlu şəkildə, amma həcci özünün yerinə yetirməsinə dair şərtləşilməyibsəvə buna dəlalət edəcək bir əlamət də yoxdursa, bu işi başqasına tapşıra bilər. Lakin onun naiblik muzdu özü üçün danışılmış muzddan aşağı olmamalıdır.

    Məsələ 125. Həcci yerinə yetirmək üçün əcir tutulan şəxs hacıların əməl etdiyi və adət edilmiş müstəhəb işləri də görməlidir. Məsələn, Peyğəmbər (s) və imamların (ə) qəbrini mənubu ənhin naibi niyyəti ilə ziyarət etməlidir. Lakin əvvəlcədən onları etməməyi şərt etsə, bu hal istisnadır.

    Naibin ölməsi: Məsələ 126. Həcci yerinə yetirmək üçün naib

    tutulan şəxs ölərsə: a) Muhrim olmamışdan qabaq ölsə: əgər həcc

    vacib idisə, yenidən mənubu ənh üçün həcc yerinə yetirilməlidir.

    32

    Seyyid Əli Hüseyni Sistani

    b) Muhrim olandan sonra ölsə: mənubu ənh tərə-findən kafi hesab olunur və yenidən naib tutması va-cib deyil. Lakin ehtiyat-vacibə əsasən naibin hərəmə daxil olması da şərtdir.

    Məsələ 127. Öncəki məsələnin (126-cı məsələ) ikinci fərzində mənubu ənh tərəfindən kifayət edən naibin həccinin “hiccətul-islam” və ya başqa həcc olması arasında heç bir fərq yoxdur. Lakin bu hal naibliyin muzdla olan formasına aiddir və əgər muzdsuz olubsa, ehtiyat-vacibə əsasən kafi deyil.

    Məsələ 128. Əgər əcir tutulan şəxs həcdə eh-ramdan qabaq ölərsə, muzddan heç nəyə haqqı çat-mır. Lakin ehramdan və hərəmə daxil olandan sonra ölərsə, məsələnin iki forması vardır:

    a) Əgər mənubu ənhin boynundan götürmək niyyəti ilə əcir tutulmuşdusa: yəni mənubu ənhin təklifini yerinə yetirmək niyyəti etmiş və həcci onun tərəfindən edibsə, muzdu bütünlüklə ödənilməlidir.

    b) Əgər sırf həcc əməllərini yerinə yetirməyə əcir tutulubsa: yerinə yetirmiş olduğu əməllər müqa-bilində muzdu ödəniləcək. Odur ki, əgər üçdə bir miqdarda əməlləri edibsə, üçdə bir miqdarda da əcirə haqqı çatacaq.

    Məsələ 129. Mənubu ənh tərəfindən müəyyən il-də şəxsən həcc yerinə yetirməyə naib seçilmiş şəxs, həmin ildə başqasını öz tərəfindən əcir tuta bilməz, lakin iki müxtəlif ildə olsa eybi yoxdur. Həmçinin qərar verilmiş illərdən və ya hər iki ildən birinə məx-sus danışılmayıbsa, mütləq özü həcci yerinə yetir-məlidir.

    Məsələ 130. Müəyyən bir ildə həcc üçün əcir tutulmuş şəxs, müstəcirin (əcir tutan şəxsin) icazəsi

  • 33

    Həccin hökmləri və əlavələr

    olmadan həcci danışılmış ildən tez və ya gec yerinə yetirə bilməz.

    Məsələ 131. Həcci yerinə yetirməyə şəxsən əcir tutulmuş şəxs, müstəcirin icazəsi olmadan bu həcc üçün başqasını naib tuta bilməz.

    Naibin etdiyi haramların kəffarəsi: Məsələ 132. Əgər naib həcdə kölgədə gəzmək

    və ya güzgüyə baxmaq kimi kəffarəyə səbəb olan işlərdən birini görərsə, o əməlin kəffarəsi onun öz boynundadır. İstər onun naibliyi muzdlu olsun, is-tərsə də təmənnasız.

    Həcc xərcləri üçün muzdun çatmaması: Məsələ 133. Əgər bir şəxs başqasını həcc üçün

    müəyyən məbləğə əcir tutsa və o məbləğ həcc xərc-lərini lazımı qədər ödəməzsə, çatışmamazlığı aradan qaldırmaq müstəcirə vacib deyil. Həmçinin nəzərdə tutulan məbləğ artıq gələrsə, artıq miqdarı götürmək olmaz.

    Muzdun ödənilmə vaxtı: Məsələ 134. Əcir tutma müqaviləsi ilə naibin

    (əcir tutulan şəxsin) muzda mülkiyyət hüququnun çatmasına baxmayaraq, muzdun dərhal ona veril-məsi vacib deyil. Lakin əməlin həyata keçməsindən sonra tez zamanda muzdun verilməsinə dair şərt kə-silibsə, muzdu şərtə uyğun ödəmək lazımdır. Hətta müqavilədə aşkar şəkildə şərt olunmasa belə əcir tutulan şəxs əməlləri həyata keçirməmiş öz müzdunu tələb edə bilər.

    Məsələ 135. Əgər bir şəxsi həcci həyata keçir-mək üçün əcir tutsalar və bu şəxs üçün (yola düş-

    34

    Seyyid Əli Hüseyni Sistani

    məyə) fürsət olduğu zaman gözlənilmədən bir hadisə nəticəsində təməttö həccinə getmək alınmazsa və bu şəxs təməttö ümrəsindən ifrad həccinə üdul edərsə (keçərsə) və ondan sonra müfrəd ümrəni yerinə ye-tirərsə, bu şəkildə olan həcc mənubu ənh tərəfindən kifayət edir, amma əcir tutulan şəxs muzd tələb edə bilməz.

    Bir neçə nəfər tərəfindən naib olmaq: Məsələ 136. Vacib həcdə və eyni ildə bir nəfər

    iki və ya bir neçə nəfər tərəfindən həcc yerinə yetirə bilməz və yalnız bir nəfər tərəfindən naib ola bilər. Lakin həcci şərik şəkildə bir və ya bir neçə nəfərə tapşırsalar işkalı yoxdur. Məsələn, iki nəfər şərik şəkildə bir şəxsi həcc üçün əcir tuturlar. Bu halda heç bir eyb yoxdur.

    Məsələ 137. Bir nəfər eyni ildə müstəhəb həcc üçün bir neçə nəfər tərəfindən həcci yerinə yetirə bilər.

    Başqası üçün həccə naib olmaq və özü üçün ümrə etmək:

    Məsələ 138. Naib olan şəxs niyabətən yerinə yetirdiyi həcc əməllərindən qabaq və ya sonra özü və yaxud başqası üçün müfrəd ümrə həyata keçirə bilər.

    Məkkədə olan şəxsin naibliyi: Məsələ 139. Məkkədə yaşayan şəxsin müstəhəb

    olan müfrəd ümrədən ötəri özü üçün naib tutmasının eybi yoxdur.

    İmam Zaman (ə.f) tərəfindən naiblik: Məsələ 140. Həzrəti Vəliyyi-əsr (ə.f) tərəfindən

    naib kimi həcc və ya ümrə həyata keçirmək caizdir.

  • 35

    Həccin hökmləri və əlavələr

    Èêèícè ôÿñèë

    ÙßÚÚ Âß ÖÌÐßÍÈÍ ÃÈÑÌËßÐÈ

    36

    Seyyid Əli Hüseyni Sistani

    Ehram:

    Həcc və ümrənin qismləri: Məsələ 141. Həcc və ümrə bəzən vacib, bəzən

    də müstəhəb olur və hər birinin də qismləri vardır. Məsələ 142. Həcc (istər müstəhəb olsun, istərsə

    də vacib) 3 qismdir: 1. Təməttö 2. İfrad 3. Qiran Məsələ 143. Ümrə (istər müstəhəb olsun, istərsə

    də vacib) 2 qismdir: 1. Təməttö 2. Müfrəd Məsələ 144. Təməttö həcci, vətənləri Məkkədən

    16 fərsəx uzaqda (88 kilometr həddində) yerləşən insanların vəzifəsidir. Amma ifrad və qiran Məkkə əhalisinin və vətənləri Məkkədən 16 fərsəx uzaqda olmayan şəxslərin vəzifəsidir.

    Məsələ 145. Vəzifəsi təməttö həcci olan şəxs ifrad və ya qiran həccini yerinə yetirərsə, kafi deyil. Baxmayaraq ki, bəzi hallarda təməttödən ifrada keç-mək (üdul etmək) lazım olur və bu haqda qarşıdakı məsələlərdə danışılacaq.

    Məsələ 146. Vətəni Məkkə və ya Məkkə ətra-fında olmayan, lakin hazırda Məkkədə və ya Məkkə ilə fasiləsi 16 km-dən az məsafədə yaşayan şəxs, orada qalmasında üçüncü ilə daxil olubsa, vəzifəsi ifrad və ya qiran həccidir. Lakin, sakin olma vaxtı bundan daha az müddətdirsə (məs... 3-4 aydırsa), tə-məttö həccini yerinə yetirməlidir. Bu məsələdə o şəxsin istitaətinin Məkkədə olduğu zamanda hasil olması ilə ondan qabaq hasil olması arasında heç bir fərq yoxdur. Həmçinin oranı özünə vətən seçməsi ilə seçməməsi arasında heç bir fərq yoxdur.

  • 37

    Həccin hökmləri və əlavələr

    Təməttö ümrəsi: Məsələ 147. Vətəni Məkkədən 16 km uzaqda

    olan şəxs həccə getdiyi zaman iki əməli yerinə yetirməlidir: təməttö ümrəsi və təməttö həcci.

    Təməttö ümrəsinin əməlləri: Məsələ 148. Təməttö ümrəsinin əməlləri bun-

    lardır: * Miqatda ehram bağlamaq * Allah evinin ətrafına dövr etmək * Təvaf namazı * Səfa və Mərva arasında səy (get-gəl) etmək * Təqsir, yəni başının tükündən, saqqalından və

    ya bığından bir miqdar azaltmaq

    Təməttö həccinin əməlləri: Məsələ 149. Təməttö həccinin əməlləri bunlardır: * Məkkədən ehram bağlamaq. İzahı qarşıda

    gələcək. * Zilhiccənin 9-cu günü Ərəfatda1 vüquf etmək

    (dayanmaq və orada qalmaq) * Qurban gününün gecəsindən günəş çıxmağa az

    qalmış vaxta kimi Müzdəlifədə (Məşərdə)2 vüquf etmək.

    * Cəməreyi-əqəbəni1 rəmy etmək, yəni qurban bayramı günündə cəməreyi-əqəbəyə çınqıl atmaq.

    1Ərəfat: Məkkə yaxınlığında olan bir məkanın adıdır. Onun sərhədləri Ərənə, Suvəyyə və Nəmrə səhralarından Zil-məcaza qədər, Məzəmindən vüquf yerinin sonuna kimidir. 2Müzdəlifə və ya Məşərul-həram: Məkkə və Ərəfat arasındakı bir çölün adıdır ki, Məzəmin, Hiyaz və Vadiyi-muhəssər ara-sında yerləşir.

    38

    Seyyid Əli Hüseyni Sistani

    * Qurban günündə Minada dəvə, inək və ya qoyun kəsmək.

    * Minada saçı təraş etdirmək və ya bir miqdar saçın və ya saqqalın və yaxud da bığın tükündən azaltmaq.

    * Məkkəyə qayıtdıqdan sonra Allah evini təvaf etmək.

    * Təvaf namazını qılmaq. * Səfa və Mərva arasında səy (get-gəl) etmək. * Nisa təvafını etmək. * Nisa təvafının namazını qılmaq. * Zilhiccənin 11-ci və 12-ci gecəsində Minada

    beytutə etmək (qalmaq). * Zilhiccənin 11-ci və 12-ci günündə üç cəmə-

    rəni (əvvəli, vusta və əqəbə) də daşlamaq

    Təməttö həccinin şərtləri: Məsələ 150. Təməttö həccində bir neçə şey

    şərtdir: a) Niyyət, insanın qəsdi təməttö həccini yerinə

    yetirmək olmalıdır. Odur ki, niyyəti başqa bir şey olsa və ya tərəddüddə qalsa, həcci səhih deyildir.

    b) Ümrə və həccin hər ikisini həcc aylarında (şəvval, zilqədə və zilhiccə) yerinə yetirməlidir. Əgər ümrədən bir hissəsini və ya tamamını şəvval ayından qabaq edərsə, ümrəsi səhih deyildir.

    1Cəmərə, Minada yerləşən və hacıların müəyyən günlərdə ona sarı daş atdığı üç yerin adıdır (vaxtilə sütun halında daş olan o yerlər indi divar şəklinə salınmışdır). Birinci cəmərə Minanın Məkkə istiqamətindədir və cəməreyi-əvvəli adlanır. İkinci cə-mərə cəməreyi-vustadır. Sonuncu cəmərə isə cəməreyi-əqəbədir.

  • 39

    Həccin hökmləri və əlavələr

    c) Ümrə və həcci bir ildə yerinə yetirməlidir. Əgər ümrəni yerinə yetirib həcci digər ilə saxlayar-sa, təməttö həcci səhih olmayacaq. Bu məsələdə gə-lən ilə kimi Məkkədə qalmaqla öz vətəninə qayıdıb yenidən Məkkəyə gəlmək arasında heç bir fərq yoxdur.

    d) Həccin ehramı Məkkədə bağlanılmalıdır və daha yaxşı olar ki, Məscidul-həramda bağlanılsın. Əgər müəyyən üzr səbəbi ilə Məkkədə ehram bağ-laya bilməsə, imkanı çatdığı yerdə ehramını bağla-yacaq.

    e) Həcc və ümrənin bütün əməllərini bir nəfər yerinə yetirməlidir. Əgər təməttö həccini ölü və ya diri şəxs tərəfindən iki nəfər yerinə yetirərsə (məs... biri təməttö ümrəsini, digəri təməttö həccini), səhih deyildir. Həmçinin bir şəxs ümrəni naib olaraq müəyyən bir fərd üçün və həcci isə başqa şəxsin naibi kimi yerinə yetirərsə, səhih deyildir.

    İfrad həcci: Məsələ 151. İfrad həcci əməllər baxımından tə-

    məttö həcci ilə eyni cürdür, lakin aralarında aşağı-dakılardan ibarət bir neçə fərq vardır:

    1) Təməttö həccində həcc və ümrənin əməlləri eyni ildə və həcc aylarında (şəvval, zilqədə və zilhiccə) yerinə yetirilməlidir. Lakin ifrad həccində həcc əməlləri və müfrəd ümrəsinin bir ildə olması şərt deyil.

    2) Təməttö həccində qurban vacibdir, amma ifrad həccində vacib deyil.

    3) Təməttö həccində ehtiyat-vacibə əsasən bir üzr irəli gəlməzsə, təvaf və səyi Ərəfat və Məşərdə vüquf etməkdən qabağa salmaq olmaz. Lakin bu

    40

    Seyyid Əli Hüseyni Sistani

    əməl ifrad həccində mütləq surətdə (hətta üzr olsa belə) caiz deyildir.

    4) Təməttö həccinin ehram bağlanan yeri Məkkə şəhəridir, lakin ifrad həcci üçün ehram bağlamağın izahlı hökmləri qarşıda gələcəkdir.

    5) Təməttö həccində həcc əməllərindən öncə ümrə yerinə yetirilməlidir, lakin ifrad həccində belə bir şərt yoxdur.

    6) Təməttö həccinin ehramından sonra müstəhəb təvaf etmək ehtiyat-vacibə əsasən caiz deyildir, lakin bu əməl ifrad həccində caizdir.

    Məsələ 152. Vəzifəsi ifrad həccini edib ardınca da müfrəd ümrəni həyata keçirmək olan şəxs, həcci yerinə yetirdikdənsonra ümrəni də etməlidir və onu təxirə salması caiz deyildir.

    Qiran həcci: Məsələ 153. Qiran həccinin bütün əməlləri ifrad

    həccində olan kimidir. Lakin qiran həccinin bir fərqi vardır ki, bu həcc üçün ehram bağlanıldığı zaman qurbanlığı da özü ilə gətirməlidir, amma ifrad həccində qurban vacib deyildir.

    Həmçinin qiran həccində “ləbbeykləri” deməklə də muhrim olmaq mümkündür. Eyni zamanda əşarla da (heyvanın üzərində qurbanlıq əlaməti qoymaqla) və ya təqlidlə də (qurbanlıq heyvanın boynuna bir şey asmaqla) ehram gerçəkləşmiş olur.

  • 41

    Həccin hökmləri və əlavələr

    Təməttö ümrəsinin

    əməllərindəki hökmlər:

    Ehram:

    Məsələ 154. Ümrənin əməlləri ehramla başlayıb təqsirlə sona çatır.

    Təməttö ümrəsinin əməlləri beş miqatdan birin-də başlayır. Yəni:

    1)Zul-huleyfə: Mədineyi-münəvvərə yaxın, Mədinə və o yoldan Məkkəyə tərəf gələnlərin miqat yeridir.

    2) Əqiq vadisi: İraq və Nəcd əhalisinin miqatı-dır. Həmçinin bu yolla gələn və İraq və ya nəcd əhalisindən olmayanların da miqat yeridir.

    3) Cuhfə: Şam (Dəməşq), Misir, qərblilərin və bu yolla gələn hər bir kəsin miqatıdır.

    4) Yəlmələm: Yəmən əhalisi və bu yolla gələn-lərin miqatıdır.

    5) Qərnul-mənazil: Taif əhalisi və bu yolla gələn hər kəsin miqatıdır.

    Məsələ 155. Mədinə tərəfdən Məkkəyə gələn şəxsin miqat yeri Zul-huleyfədir və ehtiyat-vacib budur ki, o yolda tanınmış məscid olan Məsciduş-şəcərədə ehram bağlanılsın.

    Məsələ 156. Məsciduş-şəcərənin xaricində eh-ram bağlamaq ehtiyati-vacibə əsasən kafi deyil. Hət-ta məscidin üzbəüzündə ehram bağlanılsa da kifayət etmir.

    Məsələ 157. Məsciduş-şəcərənin hər bir yerində ehram bağlamaq kifayətdir və məscidin qədim hissə-sində muhrim olmaq şərt deyil.

    42

    Seyyid Əli Hüseyni Sistani

    Məsələ 158. Mədinə yolu ilə Məkkəyə gedən haiz qadın bu iki vəzifədən birinə əməl edə bilər:

    a) Miqatdan qabaq nəzrlə muhrim olsun. b) Məscidin yanından ötərkən bir qapıdan girib

    digər qapıdan çıxmaqla muhrim olsun. Məsələ 159. Haiz qadına məsciddə dayanmaq

    olmaz, lakin məsələdən xəbərsizlik və ya unutqanlıq üzündən məsciduş-şəcərə daxilində muhrim olarsa, ehramı səhihdir.

    Məsələ 160. Haiz qadın digər qapının açıq ol-ması gümanı ilə Məsciduş-şəcərəyə daxil olub eh-ram geyinərsə və muhrim olduqdan sonra digər qapının bağlı olduğunu görüb elə öncəki qapıdan da xaric olarsa, ehramı səhihdir.

    Məsələ 161. Vəzifəsi haizin tərk etdiyi şeylərdən uzaq olub müstəhazənin əməllərini yerinə yetirmək olan qadın ehtiyat etməlidir və məsciduş-şəcərədən keçməklə muhrim olmalıdır. Əgər məsciddən keç-mək mümkün olmasa, bu məsələdə “ələm fəl-ələm” qaydasına1 riayət edərək başqa bir müctehidin fət-vasına əməl etməlidir.

    Məsələ 162. Mədinə yoluyla Məkkəyə gəlib Zul-huleyfəyə çatan və qarşıda Cuhfə kimi digər mi-qatı olan bir şəxs Zul-huleyfədən ehram bağlamayıb Cuhfədə muhrim ola bilməz. Lakin xəstəlik, zəiflik və ya üzr kimi səbəblərlə zərurət üzündən bu işi görməyə məcbur olsa, bu hal istisnadır.

    1 “Ələm fəl-ələm” qaydası: Ələm (ən elmli) olan birindən sonra digərlərindən daha ələm olanına keçməkdir. Ehtiyat-vacib olan hökmlərdə müqəllid öz müctehidindən başqa bir müctehidin fətvasına keçmək istəsə, öz mərceyi-təqlidi ilə elmi cəhətdən bərabər olana keçməlidir və ya ondan sonra digərlərindən daha ələm olanına (yəni ikinci dərəcədə olana) rücu etməlidir.

  • 43

    Həccin hökmləri və əlavələr

    Məsələ 163. Zul-huleyfədən başqa digər 4 mi-qatda olan məscidlərdə ehram bağlamaq şərt deyil. Əksinə oranın adıyla anılan hər bir yerdə (məs... Cuhfə adlanan hər yerdə) ehram bağlamaq səhihdir.

    Məsələ 164. Əgər insan ehram yerini (miqatı) ayıra bilməsə miqatdan öncə nəzrlə muhrin ola bilər. Lakin miqatı ayıra bilən şəxsin miqatdan öncə nəzrlə ehram bağlaması caiz deyildir.

    Miqatın üzbəüzü: Məsələ 165. Miqatların heç birindən kəsişməyən

    bir yolla gələn şəxs, miqatla üzbəüz olan yerlərdə ehram bağlaya bilər.

    Məsələ 166. Miqatın üzbəüzü 90 dərəcə ilə öl-çülən və bir xətti Kəbəyə, digər xətti isə miqata dü-şən məkana deyilir. Hacı bu iki xəttin kəsişməsində dayanmalıdır, lakin əqli diqqət və (riyazi) dəqiqlik lazım deyildir. Beləki xalqın gözündə üzbəüz mə-kanda dayandığı bilinərsə kifayətdir.

    Məsələ 167. Miqatla üzbəüz fəzalarda yəni təy-yarədə gedərkən ehram bağlamaq vacib ehtiyata əsa-sən kifayət deyil.

    Miqatdan öncə ehram bağlamaq: Məsələ 168. İki yerdən başqa heç bir halda miq-

    atdan öncə ehram bağlamaq caiz deyildir. İstisna olan iki yer bunlardır:

    a) Miqatdan öncə muhrim olmağı nəzr etsə b) Rəcəb ayında ümrə yerinə yetirməyi1 qərara

    almış şəxs miqata çatacağı halda rəcəb ayının xaric

    1Rəcəb ayında ümrə yerinə yetirməyin savabı yerdə qalan aylardakı ümrədən daha çoxdur.

    44

    Seyyid Əli Hüseyni Sistani

    olacağından qorxarsa, miqatdan öncə və rəcəb ayı çıxmamış muhrim olması caizdir. Digər əməllər şa-ban ayına qalsa belə bu əməl səhihdir.

    Məsələ 169. Nəzrlə miqatdan öncə muhrim ol-muş şəxsin miqatda yenidən ehram bağlaması lazım deyil. Əksinə heç bir miqatla rastlaşmayacağı yolla belə Məkkəyə gedə bilər. Bu məsələdə vacib və ya müstəhəb həclə müfrəd ümrə arasında heç bir fərq yoxdur (hər 3-ü eyni hökmdədir).

    Məsələ 170. Miqatdan öncə ehram bağlamağı nəzr etmiş şəxs öz nəzrinə əməl etməsə və miqatda muhrim olsa, onun ehramı batil deyildir. Lakin bu işi bilərəkdən edərsə nəzrinə müxalif əməl etdiyinə görə kəffarə ona vacivdir.

    Məsələ 171. Həcc və ya ümrəni yerinə yetirmək üçün başqasının naibi olan şəxsin miqatdan öncə nəzrlə ehram bağlaması caizdir

    Ehram bağlamamış miqatdan keçmək: Məsələ 172. Miqatdan öncə ehram bağlamaq

    caiz olmadığı kimi qəsdi həcc və ya ümrə etmək olan və yaxud da hərəmə daxil olmaq istəyən bir şəxsin ixtiyar halında miqatdan ehramsız keçməsi caiz deyildir. Lakin qarşıda digər miqatın olması halı istisnadır.

    Məsələ 173. Ehram bağlamadan miqatdan keçən şəxs, mümkün olan halda ehram bağlamaq üçün mi-qata qayıtmalıdır. Lakin üzrsüz halda Zül-huleyfə-dən keçib Cuhfəyə çatmış şəxs, orada ehram bağlasa kifayətdir. Hərçənd bu halda da miqatdan ehramsız keçdiyi üçün günahkardır.

    Məsələ 174. Hərəm daxilində (məs... Ciddədə) işi olan bir müsafirin öncədən həcc, ümrə və ya

  • 45

    Həccin hökmləri və əlavələr

    hərəmə daxil olmaq niyyəti olmasa, lakin miqatı keçəndən sonra hərəmə daxil olmaq qərarına gələrsə, bu halda hərəmin xarici nöqtələrindən birində müfrəd ümrə üçün muhrim olması caizdir.

    Məsələ 175. Əgər mükəlləf elmli halda və bi-lərəkdən miqatdan ehram bağlamamış keçərsə, mə-sələnin iki forması vardır:

    a) Əgər miqata qayıtmağa gücü çatırsa, geri dönüb orada ehram bağlaması vacibdir. İstər hərəmə daxil olmuş olsun, istərsə də daxil olmamış olsun məsələnin hökmü eynidir və geri dönəcəyi halda əməli səhihdir.

    b) İstər hərəmə daxil olmuş olsun, istərsə də ol-masın, əgər geri qayıtmağı bacarmazsa və ya hərəmə daxil olduğu halda istər hərəmin xaricinə çıxmağı bacarsın, istərsə də bacarmasın, bütün bu hallarda digər yerdən ehram bağlamaq səhih deyildir və əgər muhrim olub həcc yerinə yetirmişdisə də həcci ba-tildir. Sonradan müstəti olacağı təqdirdə belə başqa ildə həcci yerinə yetirməlidir.

    Məsələ 176. Əgər mükəlləf unutqanlıq, huşsuz-luq, hökmü bilməmək və ya miqatı tanımamaq (öncə qeyd olunmuş hallar xaric) kimi səbəblər üzündən miqatı ehramsız keçdiyi halda bir neçə forma ola bilər:

    Birinci: Miqata qayıtmağı bacararsa, qayıtması və orada ehram bağlaması vacibdir.

    İkinci: Miqata qayıtmağı bacarmazsa məsələnin üç forması ola bilər:

    a) Hərəmə daxil olubsa, ehtiyat-vacibə əsasən miqata tərəf qayıtmağı bacardığı miqdarda geri dönüb orada ehram bağlayacaq.

    b) Hərəmə daxil olub, amma:

    46

    Seyyid Əli Hüseyni Sistani

    * Miqata qayıtmağı bacarmasa, lakin hərəmdən xaric olmağa gücü çatarsa, hərəmdən xaric olmalı və orada ehram bağlamalıdır.

    * Hərəmdən xaric olmağa gücü çatmazsa, Mək-kəyə daxil olmuşdursa da dayandığı yerdə ehram bağlamalıdır.

    Məsələ 177. Unutqanlıq və ya hökmü bilməməz-lik üzündən miqatdan qabaq və ya sonra ehram bağ-lamış şəxsin hökmü, öncəki məsələdə qeyd olunmuş bu iki səbəbdən ehramı tərk edən şəxsin hökmü kimidir.

    Məsələ 178. Haiz qadın hökmü bilmədiyinə görə ehramsız halda miqatdan keçərsə və hərəmin daxi-lində muhrim olarsa, qayıtmağı bacarmadığı halda ehtiyat-vacibə əsasən hərəmin xaricinə çıxmalı və orada ehram bağlamalıdır. Əgər həccin vaxtının ge-cikməsinə səbəb olmayacaqsa, hərəmdən bacardığı qədər uzaqlaşmalı və orada ehram bağlamalıdır. Əgər hərəmdən uzaqlaşmağı bacarmazsa, hərəmdən xaricdə və əgər hərəmdən çıxmağı bacarmazsa, ol-duğu yerdə ehram bağlayacaqdır.

    Məsələ 179. Məsciduş-şəcərədə ehram bağlamış şəxs Mədinəyə gedib yenidən qayıda bilər. Lakin eh-ram halında muhrimə haram olan işləri (məs... kişi-lərə kölgədə gəzmək) etmək haramdır.

    Məsələ 180. Ehramsız halda miqatdan keçmənin və Məkkəyə getmənin kəffarəsi yoxdur.

    Ciddədən olan ehram: Məsələ 181. Ciddədə yaşayan şəxslər ümrə və

    həcc üçün elə orada muhrim ola bilərlər və miqata getmək və ya nəzrlə ehram bağlamaq lazım deyil.

    Məsələ 182. Ciddə miqat və miqatın üzbəüzü ol-madığı üçün oraya getmiş və oradan Məkkəyə get-mək istəyən şəxslər bu üç yoldan birini seçə bilərlər:

  • 47

    Həccin hökmləri və əlavələr

    1) Nəzrlə miqatdan öncə muhrim olsunlar. Mə-sələn, öz vətənlərində və ya yol boyunca ehram bağlasınlar.

    2) Miqatlardan birinə (məs... Cuhfəyə) və ya onlardan birinin üzbəüz tərəfinə gedib orada ehram bağlasınlar.

    3) Nəzrlə Ciddədən muhrim olsunlar.

    Ehram bağlamağın keyfiyyəti: Məsələ 183. Ehramın vacib, müstəhəb və haram

    işləri vardır. Ehramın vacibləri üç şeydir: Birinci: Niyyət, yəni ilahi razılığı qazanmaq

    üçün həcc və ya ümrə yerinə yetirmək qəsdi olsun. İkinci: Təlbiyə, yəni “Ləbbeyk Allahummə ləb-

    beyk, ləbbeyk la şərikə ləkə ləbbeyk” cümləsini demək. Ehtiyat-müstəhəb budur ki, bu cümlə də deyilsin:

    “İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulkə la şə-rikə lək” və axırına “ləbbeyk” kəlməsini də artırmaq caizdir.

    Üçüncü:Ehram paltarını geyinmək, yəni muhri-mə geyinilməsi haram paltarları çıxarmaq və ehram libasını geyinmək lazımdır.

    48

    Seyyid Əli Hüseyni Sistani

    Ehramın vaciblərinin hökmləri:

    Niyyət: Məsələ 184. Niyyət edilən zaman yerinə yetiri-

    ləcək əməlləri təfsilatı ilə bilmək lazım deyil. Əksinə hansı əməlləri yerinə yetirəcəyini ümumi şəkildə bil-məsi kifayətdir.

    Məsələ 185. Ehramın niyyətində və həcc və ya ümrənin bütün əməllərində digər ibadətlər kimi qür-bət qəsdi və ixlas şərtdir. Yəni hədəfi və istəyi ilahi razılığı ələ gətirmək olmalıdır və bundan başqa heç bir qəsdi olmamalıdır.

    Məsələ 186. Niyyətdə həcc və ya ümrəyə ehram bağladığını müəyyənləşdirməlidir və həmçinin həcc və ya ümrənin növünü də təyin etməlidir. Əgər əməlləri başqası tərəfindən yerinə yetirirsə, onu da öz qəsdinə salmalıdır.

    Məsələ 187. Niyyəti dilə gətirmək lazım deyil, lakin müstəhəbdir. Həmçinin qürbət qəsdində də o mənanı nəzərdən keçirmək lazım deyil, əgər əməlini Allahın razılığı üçün yerinə yetirərsə kifayətdir.

    Məsələ 188. Ehram vaxtı haramları tərk edə-cəyinə dair qəsd etməsi lazım deyil. Lakin həcc və ya ümrəni batil edən bəzi haramların izahlı hökmləri müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.

    Təlbiyə: Məsələ 189. Həcc və ya ümrəyə qəsdi olan şəx-

    sin “ləbbeyklərin” tələffüsünü səhih şəkildə deməsi üçün onları öyrənməsi lazımdır. Əgər başqa biri deyərsə və bu şəxs də səhih şəkildə təkrar edərsə, iş-kalı yoxdur.

  • 49

    Həccin hökmləri və əlavələr

    Məsələ 190. Təlbiyədə hərəkəni vəqf etmək və ya sükunu vəsl etməyin eybi yoxdur, lakin bunu tərk etmək müstəhəbdir.

    Təlbiyəni kəsmək: Məsələ 191. Ehram üçün bir dəfə “ləbbeyk” de-

    mək vacibdir, lakin təkrar edilməsi və ehtiyata əsa-sən ondan sonra deyilməyən vaxta kimi uzadılması müstəhəbdir. Təlbiyəni kəsmək aşağıdakı şərhə uy-ğundur:

    a) Əgər təməttö ümrəsi üçün muhrim olubsa, Məkkənin köhnə evlərini gördüyü zaman təlbiyəni kəsəcək.

    b) Əgər müfrəd ümrə üçün ehram bağlayıbsa və hərəmin xaricindən gəlirsə, hərəmə çatdığı zaman təlbiyəni kəsəcək. Əgər hərəmin xaricindəki birinci nöqtəyə gedib orada muhrim olubsa, Məkkə evlərini gördüyü zaman təlbiyəni kəsəcək.

    c) Əgər həcc üçün muhrim olubsa, Ərəfə günü-nün zöhrü zamanı təlbiyəni kəsəcək.

    Məsələ 192. Əgər təlbiyəni deyib qurtarandan sonra düz tələffüz edib-etməməsində şəkk edərsə, düz dediyinə hökm olunacaq və bir daha təlbiyə deməsi lazım deyil.

    Ehram paltarının geyinilməsi: Məsələ 193. Ehram üçün kişilər tikilmə olan

    bütün paltarlarını çıxarmalıdırlar və bir belə bağ-lanan, digəri isə çiyinə atılan ehramın iki libasını (izar və rəda) geyinməlidirlər.

    Məsələ 194. Ehram paltarını geyinməkdə xüsusi bir forma şərt deyil. Odur ki, izarı öz belinə fitə kimi bağlasa (hər nə cür istəyirsə) və rədanı da əba kimi

    50

    Seyyid Əli Hüseyni Sistani

    çiyninə atarsa caizdir. Yaxud onun sağ tərəfini sol qolunun altına salarsa və ya əksinə edərsə və yaxud da başqa bir şəkildə geyinərsə caizdir. Lakin hamı-nın geyinməyə adət etdiyi kimi geyinmək müstə-həbdir.

    Məsələ 195. Qadın, namaz qıldığı halındakı şərt-lərə riayət etməklə özünün adi paltarında muhrim ola bilər və iki ehram libasını geyinmək onlara vacib deyil.

    Məsələ 196. Ehram paltarlarını geyinmək kişi-lərə vacib olmasına baxmayaraq, əgər bir kişi ehram libasını geyinmədən ehram niyyəti ilə “ləbbeyk” deyərsə vacibi tərk etmiş olur, lakin ehramı səhihdir.

    Məsələ 197. İzarın (fitənin) bədənin göbəkdən dizə kimi miqdarını örtməsi ehtiyat-vacibdir. Rida-nın isə iki çiyindən iki dizə qədər və belin görülən hissəsini örtməsi lazımdır.

    Məsələ 198. Miqata çatmamışdan öncə ehram paltarını geyinməyin heç bir işkalı yoxdur və miqata çatanda onları çıxarıb bir daha geyinmək lazım de-yil. Həmçinin niyyət və təlbiyə vaxtında onları tərpətmək də vacib deyildir.

    Ehramdakı vaciblərin tərtibi: Məsələ 199. Ehtiyat-vacibə əsasən ehram pal-

    tarının geyinilməsi niyyət və təlbiyədən sonra olma-lıdır. Buna görə də əgər niyyət və təlbiyədən sonra ehram paltarını geyinərsə, yenidən “ləbbeykləri” deməsi ehtiyati-müstəhəbdir.

    Ehramın iki paltarından artıq geyinmək: Məsələ 200. Ehrama başlamaqdan öncə və ya

    sonra soyuq və bu kimi şeylərin qarşısını almaq

  • 51

    Həccin hökmləri və əlavələr

    üçün iki ehram paltarından artığını geyinməyin iş-kalı yoxdur.

    Ehram paltarının şərtləri: Məsələ 201. Namaz qılan şəxsin paltarında şərt

    olan şeylər ehram paltarında da şərtdir. Odur ki, ehram paltarı pak olmalıdır, xalis ipək və yırtıcı heyvanların hissələrindən olmamalıdır. Ehtiyat-vaci-bə əsasən əti haram olan heyvanların hissəsindən də olmamalıdır.

    Məsələ 202. Dirhəmdən az olan qan kimi namaz paltarında olmasının bir eybi olmayan nəcisin ehram paltarında olmasının da işkalı yoxdur.

    Məsələ 203. Əgər ehram paltarı nəcis olarsa, eh-tiyat-vacibə əsasən ya əvəz edilməli və ya pakla-nılmalıdır. Lakin əgər gücü çatmasa işkalı yoxdur və heç bir halda kəffarə vacib deyil.

    Məsələ 204. Xalis ipək geyinmək yalnız kişilərə haram olsa da, ehtiyat-vacibə əsasən qadınlar da ipək paltarda muhrim olmamalıdırlar. Əksinə ehtiyat budur ki, ehram müddətincə xalis ipəkdən olan heçnə geyinilməsin. Zərurət halı isə istisnadır.

    Məsələ 205. Əgər ehram paltarı nəcis olarsa, ehtiyat-vacib budur ki, imkan olduğu qədər tez zamanda əvəz və ya pak edilsin.

    Ehram paltarını çıxarmaq: Məsələ 206. Ehram paltarını daimi olaraq bə-

    dəndə saxlamaq vacib deyildir və istər zərurət halın-da olsun, istərsə də adi halda rədanı çıxarmağın işkalı yoxdur.

    Məsələ 207. Ehramın başlanğıcında geyinilən paltarı axıra kimi bədəndə saxlamaq vacib deyildir.

    52

    Seyyid Əli Hüseyni Sistani

    Əksinə onu lazım olan şərtlərə malik digər paltarla əvəz etmənin işkalı yoxdur.

    Ehramın müstəhəbləri: Məsələ 208. Ehramdan öncə aşağıdakı əməllər

    müstəhəbdir: 1) Həcc etməyə niyyəti olan şəxs zilqədə ayının

    əvvəlində və müfrəd ümrə yerinə yetirməyə niyyəti olan şəxs isə bir ay öncədən öz saqqal və başının tükündən azaltsın.

    2) Ehramdan öncə öz bədənini təmizləyib dırnaq və bığını azaltsın və bədəninin artıq tüklərini aradan qaldırsın.

    3) Ehramdan öncə miqatda ehram quslunu alsın. Əgər miqatda su tapa bilməyəcəyindən qorxsa, mi-qatdan öncə (məs... Mədinədə və ya Ciddədə) qusl ala bilər.

    4) Qusl aldığı zaman dua etsin və belə desin: “Allahumməcəlhu li nurən və tahurən və hərzən və əmənən min kulli xavfin və şifaən min kulli dain və səqəm. Allahummə tahhirni və tahhir qalbi vəşrihli sədri vəcur əla lisani məhəbbətəkə və mədhətək vəs-sənau aləyk, fəinnəhu la quvvətə li illa bikə və əl-imtu qivamə dini ət-təslimu ləkə və illəttibau lisənəti nəbiyyukə salavatukə aleyhi və alih”

    5) Zöhr namazından sonra muhrim olsun. Əgər mümkün olmazsa başqa bir vacib namazdan sonra və o da mümkün olmazsa ehramın 2 və ya 6 rəkətlik namazından sonra (6rəkətlik daha fəzilətlidir) muh-rim olsun. Bu namazın birinci rəkətində həmddən sonra tovhid, ikinci rəkətindəvisə həmddən sonra kafirun surəsini oxumaq müstəhəbdir. Namazı bitirdikdən sonra ilahi həmd və sənanı yerinə yetirib

  • 53

    Həccin hökmləri və əlavələr

    Peyğəmbər (s) və ailəsinə (ə) salavat göndərdikdən sonra desin: “Allahummə inni əsəlikə ən təcələni mimmənistəcabə lək və amənə bivədikə vəttəbəə əmrək, fəinnəni əbdukə və fi qəbzətik, la uqa illa ma əqəytə və la axuzu illa ma ətəytə və qəd zəkərtəl-həcc, fəəsəlukə ən təzimə li aleyhi əla kitabik və sunnəti nəbiyyikə salavutə aleyhi və alih və tuqəv-viyəni əla ma zəuftu və tusəlləmə li mənasiki fi yusri minkə afiyəti vəcəlni min vəfdikəlləzi rəzitə vərtə-zəytə səmməytə və kətəbtə. Allahummə inni xərəctu şuqqəti bəidəh, vənfəqtu ma libtiğaə mərzatik. Aııa-hummə fətəmmim li həccəti və umrəti. Allahummə uridə ət-təməttiə bil-umrəti iləl-həcci əla kitabikə və sunnəti nəbiyyikə salvutə aleyhi və alih. Fə in ərəzə li arizun yəhbisuni, fəxəllini həysu həbəstəni biqə-dərikəlləzi qəddərtə aləyy. Allahummə in ləm təkun həccətən və umrətən əhrəmə ləkə şəri və bəşəri və ləhmi və dəmi və izami və muxxi əsəbi minən-nisai vəs-siyabi vət-tiybi, ibtəği bizalikə vəchəkə vəd-darəl axirəh”.

    Ehram vaxtı müstəhəb olan işlər: Məsələ 209. Ehram vaxtı aşağıdakı işlər müstə-

    həbdir: 1) Ehram paltarı pambıqdan olsun. 2) Ehram paltarını geyinən zaman dua etsin və

    desin: “Əlhəmdu lillahilləziy rəzəqəni ma uvari bihi əvrəti və uəddi fihi ərzi vəbudu fihi rəbbi vəntəhi fihi ilə ma əmərəni. Əlhəmdu lillahilləzi qəsədtuhu fəbəlləğəni və ərədtuhu fəanəni və qəbiləni ləm yə-qtə bi və vəchəhu ərədtu fəsəlləməni fəhuvə hisni və kəhfi və hirzi və zəhri məlazi və rəcai və məncayə və zuxri və uddəti fi şiddəti və rəxai”.

    54

    Seyyid Əli Hüseyni Sistani

    3) “Ləbbeykləri” dediyi zaman ehram niyyətini də dilinə gətirsin.

    4) Kişilər “ləbbeykləri” uca səslə desinlər. 5) Vacib “ləbbeyklərin” ardınca desin: “Ləbbeyk zəl-məaric ləbbeyk, ləbbeyk daiyən

    ilə daris-səlam ləbbeyk, ləbbeyk ğəffarəz-zunub ləbbeyk, ləbbeyk əhlət-təlbiyəti ləbbeyk, ləbbeyk zəl-cəlali vəl-ikram ləbbeyk, ləbbeyk tubdiu vəl-məadu iləyk ləbbeyk, ləbbeyk təstəğni və yuftəqəru iləykləbbeyk, ləbbeyk mərhubən və mərğubən iləyk ləbbeyk, ləbbeyk ilahəl-həqqi ləbbeyk, ləbbeyk zən-nəmai vəl-fəzlil-həsənil-cəmil ləbbeyk, ləbbeyk kəşşafəl-kurəbil-izam ləbbeyk, ləbbeyk əbdukə vəbnu-əbdeykə ləbbeyk, ləbbeyk ya kərimu ləbbeyk”

    Ondan sonra desin: “Ləbbeyk ətəqərrəbu iləykə bi Muhəmmədin və

    ali-Muhəmmədin ləbbeyk, ləbbeyk bihəccətin və umrətin ləbbeyk və hazihi umrətu mutətin iləl-həcci ləbbeyk, ləbbeyk əhlət-təlbiyəti ləbbeyk, ləbbeykə təlbiyətən təmamuha və bəlağuha əleyk”.

    6) “Ləbbeykləri” ehram halında və xüsusən də aşağıdakı hallarda təkrar etsin:

    * Yuxudan oyandığı zaman * Hər namazdan sonra * Süvari və piyada olan zaman * Yüksəkliyə qalxdığı və endiyi zaman * Süvari bir şəxslə görüşdüyü zaman 7) Səhərlər “ləbbeykləri” çox demək müstə-

    həbdir. 8) “Ləbbeyklərin” təkrar olunmasının son vaxtı

    (qurtarma vaxtı) 191-ci məsələdə qeyd olunmuşdur.

  • 55

    Həccin hökmləri və əlavələr

    Məsələ 210. Haiz qadın da ehram quslunu ala bilər.

    Məsələ 211. Əgər ehram quslundan sonra dəstə-mazı batil edən şeylərdən biri baş verərsə və ya mu-hrimə haram olan paltar geyinərsə, quslun yenidən alınması müstəhəbdir.

    Məsələ 212. Əgər ehram quslunu gündüz alarsa, gələn gecənin axırına kimi kifayət edir və həmçinin gecə qusl alarsa, gələn günün axırına kimi kifayətdir.

    Ehramda məkruh olan işlər: Məsələ 213. Muhrim olan zaman və ehram

    halında aşağıdakı işlər məkruhdur: 1) Qara paltarla ehram bağlamaq və yaxşı olar

    ki, ağ paltarla muhrim olsun. 2) Çirk paltarla ehram bağlamaq. Lakin ehram

    paltarında paltarı çirk olarsa, ehram halında olduğu müddətdə onu çyumaması yaxşıdır, amma onu əvəz etməsinin eybi yoxdur.

    3) Naxışlı və bu kimi paltarla ehram bağlamaq. 4) Muhrim olmamışdan öncə ehram bağlayacağı

    zamana kimi izi qalacaq şəkildə hənadan istifadə etmək.

    5) Hamama getmək və ehtiyat-müstəhəb budur ki, kisə və bu kimi şeylərlə öz bədənini sürtməsin.

    6) Başqa birisi muhrim şəxsi səslədiyi zaman “ləbbeyk” deməklə cavab vermək.

    56

    Seyyid Əli Hüseyni Sistani

    Ö÷öíúö ôÿñèë

    ÅÙÐÀÌ ÙÀËÛÍÄÀ ÙÀÐÀÌ ÎËÀÍ ÈØËßÐ

  • 57

    Həccin hökmləri və əlavələr

    Ehram halında haram olan işlər:

    Məsələ 214. Mükəlləf muhrim olduğu zaman “ehramın turuku və muhərrəmatı” adlanan əməllər ona haram olur. Bu əməllərdən bəziləri həm qadın, həm də kişi muhrimə haramdır, digər qismi yalnız kişi muhrimlərə və onlardan bir qismi də yalnız qadın muhrimlərə haramdır.

    Müştərək haramlar: Məsələ 215. Qadın və kişi muhrimlərə haram

    olan əməllər aşağıdakılardan ibarətdir: * Xoş ətirdən istifadə etmək * Güzg